...

İstanbulda ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə geniş tədbir keçirilib (FOTO)

Siyasət Materials 11 May 2013 05:32 (UTC +04:00)
Azərbaycanın Türkiyədəki səfirliyinin ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyi münasibətilə təşkil etdiyi silsilə tədbirlər çərçivəsində İstanbulda Çırağan Sarayında geniş tədbir keçirilib.
İstanbulda ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə geniş tədbir keçirilib (FOTO)

Azərbaycan, Bakı, 11 may /Trend/

Azərbaycanın Türkiyədəki səfirliyinin ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyi münasibətilə təşkil etdiyi silsilə tədbirlər çərçivəsində İstanbulda Çırağan Sarayında geniş tədbir keçirilib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, tədbirdə səfir Faiq Bağırov başda olmaqla səfirliyin əməkdaşları, Türkiyənin çox sayda sabiq nazirləri, millət vəkilləri, elm adamları, ictimai xadimlər, incəsənət xadimləri, diaspor nümayəndələri və KİV nümayəndələri iştirak ediblər.

Tədbirdə Heydər Əliyev Fondunun Türkiyə nümayəndəsi Samir Cəfərov, səfir Faiq Bağırov və Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Necdet Ünüvar çıxış ediblər.

Səfir öz çıxışında ulu öndərin Sovet İttifaqı zamanı da daxil olmaqla, Azərbaycanın müstəqilliyini yenidən əldə etməsindən sonrakı dövrlərdə tutduğu vəzifələrdə ölkəmiz üçün əvəzsiz xidmətlərindən, dövlətçiliyimizin qurulmasındakı mühüm rolundan və beynəlxalq aləmdə Azərbaycanın özünəməxsus yer tutmasında olan səylərindən əsaslar gətirərək geniş şəkildə bəhs edib.

Türkiyə Prezidenti Abdullah Gülün və Türkiyənin 9-cu Prezidenti Süleyman Dəmirəlin mesajları oxunub.

Ardından tədbir iştirakçılarına Azərbaycan musiqiləri sədası altında ziyafət verilib.

Heydər Əliyev kitabı və "Diplo Atlas" jurnalı da iştirakçılara təqdim olunub.

Xəbər lenti

Xəbər lenti