...

Gürcüstanın idman və gənclərlə iş naziri Azərbaycanda səfərdədir

Siyasət Materials 11 May 2013 17:31 (UTC +04:00)
Gürcüstanın yeni təyin olunmuş idman və gənclərlə iş naziri Levan Kipiani mayın 11-də Azərbaycana gəlib.
Gürcüstanın idman və gənclərlə iş naziri Azərbaycanda səfərdədir

Azərbaycan, Bakı, 11 may /Trend/

Gürcüstanın yeni təyin olunmuş idman və gənclərlə iş naziri Levan Kipiani mayın 11-də Azərbaycana gəlib.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, səfərin əsas məqsədi iki ölkə arasında gənclərlə iş və idman sahələrində əməkdaşlıq haqqında mövcud sazişlərin müddəalarının həyata keçirilməsi üzrə əlaqələrin indiki vəziyyətini, onların genişləndirilməsi və gücləndirilməsi perspektivini müzakirə etməkdir.

Səfər çərçivəsində qonağın şəhərimizin idman infrastrukturu ilə və gənclərlə iş sahəsində bir sıra layihələrlə tanış edilməsi nəzərdə tutulur. Nazir Levan Kipiani Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin məzarını və Şəhidlər xiyabınını ziyarət edəcək, Dövlət Bayrağı Meydanında olacaq, Azərbaycanın Gənclər və İdman Nazirliyində və Azərbaycanın Tələbə Gənclər Təşkilatları İttifaqında görüşlər keçirəcək.

Bundan başqa, qonağın Taekvondo idman mərkəzi ilə tanışlığı və "İdeya" kampaniyası çərçivəsində "Yer kürəsi uşaqların gözü ilə" adlı uşaqların beynəlxalq fotomüsabiqəsinin yekun tədbirində iştirakı nəzərdə tutulub.

Levan Kipianinin ölkəmizə səfəri mayın 13-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti