...

Kaliforniya qubernatoru Respublika Günü münasibəti ilə Azərbaycan xalqını təbrik edib

Siyasət Materials 21 May 2013 10:49 (UTC +04:00)
ABŞ-ın Kaliforniya ştatının qubernatoru Cerri Braun Azərbaycan Demokratik Respublikasının yaranmasının 95 illiyi münasibətilə Azərbaycan xalqını və Kaliforniyadakı Azərbaycan icmasını təbrik etmişdir. Bu barədə Trend-ə Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan daxil olan xəbərdə deyilir.
Kaliforniya qubernatoru Respublika Günü münasibəti ilə Azərbaycan xalqını təbrik edib

Azərbaycan, Bakı, 21 may /Trend/

ABŞ-ın Kaliforniya ştatının qubernatoru Cerri Braun Azərbaycan Demokratik Respublikasının yaranmasının 95 illiyi münasibətilə Azərbaycan xalqını və Kaliforniyadakı Azərbaycan icmasını təbrik etmişdir. Bu barədə Trend-ə Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan daxil olan xəbərdə deyilir.

Qubernatordan Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğuna daxil olmuş təbrik məktubunda Azərbaycanın zəngin tarixə malik olduğu və Kaliforniyadakı Azərbaycan icmasının, eləcə də bütün dünyada yaşayan azərbaycanlıların öz mədəniyyətləri ilə fəxr etdikləri bildirilir. Qubernator qeyd edir ki, Respublika Günü Kaliforniyadakı Azərbaycan icması üçün böyük önəm daşıyır. Sonda qubernator belə bir günün qeyd olunmasının Kaliforniya mədəniyyətinə və müxtəlifliyinə töhfələr vermiş ənənələrin qorunmasına xidmət etdiyini bildirir və Kaliforniya ştatı adından Azərbaycan xalqını və bütün azərbaycanlıları təbrik edir.

Demokratlar Partiyasını təmsil edən C.Braun 2011-ci ildən Kaliforniyanın qubernatoru vəzifəsini daşıyır. O, bundan öncə 1975-83-cü ildə də eyni vəzifədə çalışmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti