...

Narazılıqlar Milli Şuranın yaradılmasına imkan vermədi

Siyasət Materials 28 May 2013 12:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 may /Trend, müxbir M.Əliyev/

Bəzi müxalifət partiyalarını özündə birləşdirən Milli Şuranın yaradılmasının bu gün elan edilməsi nəzərdə tutulsa da, bu, baş verməyib.

Trend-in məlumatına görə, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması günü ilə bağlı keçirilən tədbirdə çıxış edən Açıq Cəmiyyət Partiyasının sədri Sülhəddin Əkbər bildirib ki, razılaşdırılmamış məqamlar olduğundan, Milli Şuranın bu gün yaradılması baş tutmayıb.

Azərbaycan Liberal Partiyasından isə Trend-ə bildirblər ki, Milli Şura ilə bağlı davam edən danışıqlar nəticəsiz başa çatıb.

Bəzi partiyalar hesab edirlər ki, 3-4 ay ərzində Milli Şuranın yaradılması ilə bağlı aparılan danışıqlar şəffaf olmayıb. Şuranın məqsədi, məramı, təşkilatnma prinsipi bəlli deyil.

Xatırladaq ki, Ziyalılar Forumunun sədri Rüstəm İbrahimbəyov mayın 28-də Milli Şuranın elan olunacağını bəyan etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti