...

Gido Vestervelle: Taksim Təhrir, İstanbul isə Qahirə deyil

Siyasət Materials 8 İyun 2013 20:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 iyun /Trend/

İstanbulun Taksim meydanındakı hadisələri Qahirədəki hadisələrlə müqayisə etmək olmaz. Trend-in "Sabah" qəzetinə istinadən verdiyi məlumata görə, bunu Almaniyanın xarici işlər naziri Gido Vestervelle ''Welt am Sonntag'' qəzetinə açıqlamasında deyib.

XİN rəhbəri bildirib: "Taksim Təhrir, İstanbul isə Qahirə deyil".

Vestervelle Türkiyənin demokratik bir ölkə olduğunu qeyd edib: "Və buna uyğun olaraq, siyasi məqsədlər üçün küçələrə axışan, özünə güvənən, cəsur bir camaat var".

O, Baş nazir Rəcəb Tayyib Ərdoğanın vəziyyəti sakitləşdirmək üçün xüsusi məsuliyyət daşıdığını bildirib.

Xəbər lenti

Xəbər lenti