...

Elnur Aslanov müxalifəti ittiham etdi

Siyasət Materials 15 İyun 2013 13:37 (UTC +04:00)
Nədən istənilən məsələ ilə bağlı özlərini haqq-ədalət carçısı sayan bəzi müxalif liderlər Dağlıq Qarabağ məsələsi ilə bağlı Avropa Parlamenti qarşısında məsələ qaldırmırlar?
Elnur Aslanov müxalifəti ittiham etdi

Azərbaycan, Bakı, 15 iyun /Trend, müxbir E.Mehdiyev/

Nədən istənilən məsələ ilə bağlı özlərini haqq-ədalət carçısı sayan bəzi müxalif liderlər Dağlıq Qarabağ məsələsi ilə bağlı Avropa Parlamenti qarşısında məsələ qaldırmırlar?

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Respublikası Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) bu gün keçirilən hesabat konfransında çıxışı zamanı bildirib.

Aslanov vurğulayıb ki, Avropada görüşlər keçirən bəzi şəxslər nəyə görə Dağlıq Qarabağ məsələsi və beynəlxalq ictimaiyyətin diqqətinin buna yönəldilməsi ilə bağlı bir mövqe ortaya qoymurlar?

RA rəsmisi bildirib ki, "nəyə görə ASAİF, Azərbaycan Gənclər Təşkilatları Milli Şurası və digər bu kimi təşklatlar, diasporumuzun nümayəndələri xaricdə Dağlıq Qarabağla bağlı forumlar, konfranslar, müxtəlif səfirlliklər qarşısında aksiyalar, piketlər keçirə bilirlər, ancaq Azərbaycan hakimiyyətinin siyasətindən narazı olan qruplar bir dəfə də olsun fərqli mövqe nümayiş etdirmirlər? Biz demirik ki, narazı olan olmasın, təbii ki, biz plüralistik, demokratik və azadfikirli cəmiyyətdə yaşayırıq. Burada iqtidarın mövqeyini dəstəkləyən də ola bilər, fərqli mövqedən çıxış edən insanlar da ola bilər və olmalıdır da. Bu, normal haldır. Heç kəs eyni şəkildə, eyni istiqamətdə düşünə bilməz və düşünməməlidirlər də. Lakin söhbət və məsələ ümummilli məsələlərdən, mövqedən, məsuliyyətdən gedir. Nəyə ğörə bəzi şəxslər həmin o məsuliyyəti, dövlətçilik anlamını başa düşmək istəmirlər?".

PA rəsmisi qeyd edib ki, çox təəssüflər olsun ki, 20 ildən artıqdır ki, eyni yerdə yürüyən həmin o şəxslər və insanlar Azərbaycan dövləti, milli maraqları üçün, dövlətimizin inkişafı üçün nə bir təklif, nə bir konsepsiya, nə bir fəaliyyət ortaya qoymayıblar: "İnanmıram ki, bundan sonra da qoyacaqlar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti