...

Abdullah Gül: Türkiyədəki nümayişlər dayandırılmalıdır

Siyasət Materials 18 İyun 2013 15:35 (UTC +04:00)
Türkiyə şəhərlərinin küçələrində keçirilən nümayişlər ən qısa zamanda dayandırılmalıdır.
Abdullah Gül: Türkiyədəki nümayişlər dayandırılmalıdır

Azərbaycan, Bakı, 18 iyun /Trend, müxbir A.Tağıyeva/

Türkiyə şəhərlərinin küçələrində keçirilən nümayişlər ən qısa zamanda dayandırılmalıdır. Trend-in çərşənbə axşamı "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Abdullah Gül deyib.

Onun sözlərinə görə, islahat və dəyişikliklər tələb edən hər kəs bunu soyğunçuluq deyil, demokratik yolla etməlidir.

Gül qeyd edib ki, hamı Türkiyənin imic və nüfuzuna zərər vuran istənilən hərəkətdən uzaq durmalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti