...

TRT Qahirədəki müxbirinin həbs edilməsi ilə bağlı beynəlxalq media nümayəndələrinə müraciət edib

Siyasət Materials 19 Avqust 2013 15:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 avqust /Trend, müxbir İ.İzzət/

TRT-nin Qahirədəki müxbiri həbs edilib. Bununla bağlı TRT beynəlxalq media nümayəndələrinə çağırış edib.

Bu barədə Trend-ə TRT-nin Bakı təmsilçiliyindən məlumat verilib.

Məlumatda bildirilir ki, TRT-nin Qahirə müxbiri Mətin Turan Misirin paytaxtı Qahirənin Ramses meydanındakı Əl-Fəth məscidinə xəbər hazırlamaq üçün gedib. Hadisələr zamanı TRT-nin müxbiri də daxil olmaqla təxminən 500 nəfərlik qrup məscidə sığınıb. Məscid və ətraf ərazi Misir təhlükəsizlik qüvvələri tərəfindən 18 saat mühasirədə saxlanılıb. Əl-Fəth Məscidinə qaz bombaları ilə müdaxilə edildikdən sonra mühasirə aradan qaldırılıb. Bundan sonra TRT-nin müxbiri Mətin Turan və "Anadolu" Agentliyinin müxbiri Hiba Zekeriya müvəqqəti hökumət tərəfindən həbs ediliblər. Daha sonra "Anadolu" agentliyinin müxbiri azad edilsə də, TRT-nin müxbiri Mətin Turanın həbs müddəti uzadılıb.

TRT-nin Bakı təmsilcisi Yüksəl Değercanın verdiyi məlumata əsasən, Mətin Turanın azad edilməsi üçün Türkiyənin Qahirədəki səfirliyinin nümayəndələri diplomatik danışıqları davam etdirirlər. Səfirliyin nümayəndələrindən və vəkillərdən ibarət qrup M.Turanın saxlanıldığı həbsxanaya baş çəkib.

TRT-nin Bakı təmsilçilisi qeyd edib ki, Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu da məsələ ilə bağlı son vəziyyəti ictimaiyyətə "Twitter" vasitəsilə çatdırıb. Davudoğlu Hiba Zəkəriyyənin azad olunduğunu, Mətin Turanın azad olunması üçün işlərin davam etdiyini yazıb. Misir nümayəndələri isə Mətin Turanın vəziyyətinin yaxşı olduğunu, dindirilmə prosesinin qadınlardan və gənclərdən başlanıldığı üçün müəyyən zaman aldığını açıqlayıblar.

Yüksəl Değercanın sözlərinə görə, bu vəziyyət Türkiyədə böyük narahatlıqla qarşılanır. Türkiyədə prosesləri yaxından izləyən beynəlxalq media demokratik dəyərlərin və tarixin ağır zərbələr aldığı Misirdəki hadisələrin, yaşanan vəhşiliklərin kifayət qədər dünya kütləvi informasiya vasitələrinə çatdırılmamasını, bu hadisələrin "yaşama haqqı"nı tapdalayaraq işıqlandırmadıqlarını görür. Bölgədə mülki əhali ilə yanaşı, jurnalistlərin də öldürüldüyünü diqqətə alaraq TRT-nin Qahirə müxbirinin azad olunması üçün ortaq beynəlxalq media çağırışı səsləndiririk."

Məqalədə:
Xəbər lenti

Xəbər lenti