...

Əli Əliyev: Rüstəm İbrahimbəyovun yaradıcılıq işi ilə məşğul olması daha faydalı olar

Siyasət Materials 3 Sentyabr 2013 16:06 (UTC +04:00)
Əslində Rüstəm İbrahimbəyovun işi elə kino çəkmək idi. Bunu Trend-ə Milli Şuranın keçmiş vahid namizədi Rüstəm İbrahimbəyovun hazırda daha çox yaradıcılıq işləri ilə məşğul olması barədə mətbuata açıqlamasına münasibət bildirərkən müxalif Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev deyib.
Əli Əliyev: Rüstəm İbrahimbəyovun yaradıcılıq işi ilə məşğul olması daha faydalı olar

Azərbaycan, Bakı, 3 sentyabr /Trend, müxbir E.Mehdiyev/

Əslində Rüstəm İbrahimbəyovun işi elə kino çəkmək idi. Bunu Trend-ə Milli Şuranın keçmiş vahid namizədi Rüstəm İbrahimbəyovun hazırda daha çox yaradıcılıq işləri ilə məşğul olması barədə mətbuata açıqlamasına münasibət bildirərkən müxalif Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev deyib.

Ə.Əliyev bildirib ki, R.İbrahimbəyovun yaradıcılıq işi ilə məşğul olması həm özünə, həm də cəmiyyətə daha faydalı olar, nəinki siyasətlə məşğul olması, çünki R.İbrahimbəyov siyasi səriştəsi olmayan bir adamdır.

R.İbrahimbəyovun Cəmil Həsənlinin namizədliyi alınmayacağı halda İlqar Məmmədovu dəstəkləyəcəyi barədə fikrinə münasibət bildirən partiya sədri qeyd edib ki, bu, onların qeyri-ardıcıllığını nümayiş etdirir: "Bu, onun dünənə qədər bir yerdə olduğu adamlara nə dərəcədə bağlı olduğunun göstəricisidir. Ümumiyyətlə, Rüstəm İbrahimbəyov siyasi baxımdan çox hazırlıqsız adamdır. Yəni biz əvvəlcədən necə demişiksə, o elə adamdır".

VİP sədri əlavə edib ki, R.İbrahimbəyov öz müqəddəratı ilə məşğul olan adamdır, onun Milli Şuradan vahid namizəd olacağı ərəfədə də dedikləri boğazdan yuxarı idi: "O, sonradan dedikləri ilə əslində necə adam olduğunu təsdiqlədi".

Ə.Əliyev bildirib ki, Rüstəm İbrahimbəyovun dediyinə görə Milli Şuranın vahid namizədi əslində siyasiləşmiş adam olmamalı idi: "Ancaq Cəmil Həsənlinin AXCP ilə yaxınlığı çoxdan bəlli idi".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti