...

Prezident İlham Əliyev Naftalan şəhərinə gəlib

Siyasət Materials 10 Sentyabr 2013 17:02 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 10-da Naftalan şəhərinə gəlmişdir.
Prezident İlham Əliyev Naftalan şəhərinə gəlib

Azərbaycan, Bakı, 10 sentyabr /Trend/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 10-da Naftalan şəhərinə gəlmişdir.

Dövlətimizin başçısı əvvəlcə Naftalan şəhərinin mərkəzində ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoydu.

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov Prezident İlham Əliyevə abidənin yerləşdiyi Heydər Əliyev parkında, eləcə də Naftalanda aparılan abadlıq-quruculuq işləri, habelə inşası davam edən və layihəsi planlaşdırılan tikinti kompleksləri barədə məlumat verdi. Bildirildi ki, ümumi ərazisi 3,9 hektar olan bu istirahət məkanında fəvvarə quraşdırılmış, müasir işıq dirəkləri və oturacaqlar qoyulmuş, yaşıllıq zolağı salınmışdır. Son illərdə bu park sakinlərin istirahət üçün ən çox üz tutduqları məkanlardan birinə çevrilmişdir. Burada istirahət üçün hər cür şərait yaradılmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti