...

İranın yeni hökuməti qonşu və dost olan Azərbaycanla əlaqələrini gücləndirməkdə maraqlıdır

Siyasət Materials 15 Sentyabr 2013 09:35 (UTC +04:00)
İran və Azərbaycan arasında dərin dini və mədəni əlaqələr mövcuddur. Hər iki ölkənin şiə olması iki xalqın müştərək irsidir.
İranın yeni hökuməti qonşu və dost olan Azərbaycanla əlaqələrini gücləndirməkdə maraqlıdır

Azərbaycan, Bakı, 15 sentyabr /Trend, müxbir T.Cəfərov/

İran və Azərbaycan arasında dərin dini və mədəni əlaqələr mövcuddur. Hər iki ölkənin şiə olması iki xalqın müştərək irsidir. Bunu İranın islami irşad və mədəniyyət naziri Əli Cənnəti Tehranda səfərdə olan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərovla görüşündə deyib.

Trend-in məlumatına görə, bu barədə İRNA agentliyi məlumat verir.

Cənnəti deyib ki, iki ölkə arasında mədəniyyət sahəsində əlaqələr yüksək səviyyədədir.

Digər sahələrdə də əlaqələr öz inkişaf tempini davam etdirir.

Onun sözlərinə görə, iki ölkə arasında əlaqələrin inkişafı İran və Azərbaycan xalqlarının bir-birinə yaxınlaşmasına zəmin yaradır.

Cənnəti deyib ki, İran və Azərbaycan KİV-ləri arasında əməkdaşlıq əlaqələrini artırmaq olar.

"KİV-lər ölkələr arasında əlaqələrin korlanmasında və inkişafında əhəmiyyətli rol oynaya bilərlər. Biz istərdik ki, iki ölkənin KİV-ləri xalqlarımız və dövlətlərimiz arasında əlaqələrin inkişafına zəmin yaratsınlar", - deyə Cənnəti bildirib.

Cənnəti deyib ki, İranın yeni hökuməti qonşu və dost olan Azərbaycanla əlaqələrini gücləndirməkdə maraqlıdır.

"Sevindirici haldır ki, hər iki ölkənin rəhbərlərinin iradəsi əlaqələrin daha da yaxınlaşmasına xidmət edir", - deyə Cənnəti bildirib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov isə İrana səfərindən məmnunluğunu dilə gətirib və deyib ki, Azərbaycanda müxtəlif din mənsubları hər hansı bir gərginlik olmadan dinc yaşayır.

O deyib ki, Azərbaycan İranla siyasi və mədəni əlaqələrini inkişaf etdirməkdə maraqlıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti