...

Bakıda Səudiyyə Ərəbistanının milli bayramı qeyd olunub

Siyasət Materials 23 Sentyabr 2013 20:10 (UTC +04:00)
Bu gün Bakıda Səudiyyə Ərəbistanının milli bayramı – Krallıq elan edilməsi günü münasibətilə rəsmi qəbul təşkil edilib.
Bakıda Səudiyyə Ərəbistanının milli bayramı qeyd olunub

Azərbaycan, Bakı, 23 sentyabr /Trend, müxbir S.Əhmədova/

Bu gün Bakıda Səudiyyə Ərəbistanının milli bayramı - Krallıq elan edilməsi günü münasibətilə rəsmi qəbul təşkil edilib.

Trend-in məlumatına görə, qəbulda ictimaiyyət nümayəndələri, xarici ölkələrin səfirləri iştirak ediblər.

Azərbaycan və Səudiyyə Ərəbistanının dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbirdə çıxış edən Səudiyyə Ərəbistanın ölkəmizdəki səfiri Musaid bin İbrahim bin Abdullah Əl-Səlim Krallığın yaranma tarixindən danışıb.

Səfir qeyd edib ki, iki ölkə arasında dost əlaqələr ildən-ilə daha da inkişaf edir, möhkəmlənir.

Sonra çıxış edən Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov Prezident İlham Əliyev və Azərbaycan hökuməti adından səfiri və onun simasında Səudiyyə Ərəbistanı xalqını milli bayram münasibətilə təbrik edib.

Nazir çıxışı zamanı iki ölkə rəsmilərinin qarşılıqlı səfərlərinin, ölkələrimiz arasında imzalanan sazişlərin vacibliyini vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti