Azərbaycan, Bakı, 28 sentyabr / Trend /
İran Prezidenti Həsən Ruhani və ABŞ prezidenti Barak Obama prezident Ruhani Nyu-Yorkdan yola düşməzdən əvvəl telefon danışığı aparıblar. Trend IRNA agentliyinə istinadən, bu barədə cümə günü məlumat verir.
ABŞ və İran prezidentləri nüvə proqramı ilə bağlı İranla Qərbin qarşıdurmanın həllinin tezləşdirilməsi üçün siyasi iradənin vacibliyini vurğulayıblar.
Ruhani və Obama müxtəlif regional məsələlər üzrə qarşılıqlı əməkdaşlığın vacibliyini vurğulayıblar.
İki ölkə prezidentləri həmçinin müxtəlif məsələləri müzakirə ediblər.
Telefon danışığı İran prezidenti avtomobildə olanda və hava limanına getdiyi zamanı baş verib.
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifə və onun amerikalı həmkarı Con Kerriyə iki ölkə arasında danışıqların gedişini izləmək tapşırılıb.