...

“ELS” Müstəqil Araşdırmalar Mərkəzi "Freedom House"un rəhbərinin Azərbaycanda keçirilmiş Prezident seçkiləri ilə bağlı mövqeyinə etirazını bildirib

Siyasət Materials 14 Oktyabr 2013 12:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 oktyabr/ Trend, müxbir S.Əhmədova /

Oktyabrın 9-da Azərbaycanda keçirilən Prezident seçkilərində "Exit-poll" keçirən təşkilatlardan biri olan "ELS" Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubova "Freedom House" beynəlxalq hüquq müdafiəsi təşkilatının prezidenti Devid Kremerin seçkilərlə bağlı mövqeyinə öz etirazını bildirib.

Trend-in məlumatına görə, İ.Yaqubova bildirib ki, D.Kremer əsassız olaraq Azərbaycan hökumətinin beynəlxalq öhdəliklərə hörmətsizlik nümayiş etdirdiyini bildirir və Avropa İttifaqını Azərbaycanın hökumət rəsmilərinə qarşı sanksiyaların tətbiqinə çağırır: "Prezident seçkilərinin demokratik və şəffaf şəraitdə keçirildiyinə D.Kremerin kölgə salmaq cəhdləri onun Azərbaycan hakimiyyətinə qarşı qərəzli mövqe tutmasından irəli gəlir. Artıq beşinci dəfə "exit-poll" tədqiqatını həyata keçirən və bu sahədə müəyyən təcrübə toplayan qeyri-hökumət təşkilatının rəhbəri kimi deyə bilərəm ki, sorğuda iştirak edən səs vermiş seçicilərin heç biri onlara hər hansısa təzyiqin olduğunu bildirməmişdir. Onların məxfiliyi qorunan şəraitdə, anonim anketin suallarına verdikləri cavablarından məhz İlham Əliyevin böyük səs fərqi ilə qalib gəldiyi görünür. Bu 78 mindən artıq sorğu anketinin cavabları ilə təsdiqlənən bir gerçəklikdir və bu inkar etmək olmaz".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti