...

İlham Əliyev Avstriya Prezidentini təbrik edib

Siyasət Materials 25 Oktyabr 2013 19:21 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Avstriya Respublikasının Federal Prezidenti Haynts Fişerə təbrik məktubu ünvanlayıb.
İlham Əliyev Avstriya Prezidentini təbrik edib

Azərbaycan, Bakı, 25 oktyabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Avstriya Respublikasının Federal Prezidenti Haynts Fişerə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Avstriya Respublikasının milli bayramı münasibətilə Sizi və xalqınızı Azərbaycan xalqı adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm.

Bu gün Azərbaycan-Avstriya əlaqələri hərtərəfli şəkildə genişlənməkdədir. Ümidvaram ki, daim möhkəmlənən dövlətlərarası münasibətlərimiz iqtisadi və humanitar sahələrdə səmərəli əməkdaşlığımızın inkişafına bundan sonra da töhfələr verəcəkdir".

İlham Əliyev Haynts Fişerə möhkəm cansağlığı, işlərində uğurlar, dost Avstriya xalqına daim sülh və rifah diləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti