Gürcüstan, Tbilisi, 28 oktyabr /Trend, müxbir N.Kirsxaliya/
Gürcüstanda prezident seçkilərində qalib gələn Giorgi Marqvelaşvili parlamentin Kutaisidən Tbilisiyə köçürülməsinin lehinədir.
Trend-in məlumatına görə, Gürcüstanın Baş naziri Bidzina İvanaşvili ilə birgə keçirdiyi mətbuat konfransında G.Marqvelaşvili bildirib ki, bu çox vacib məsələdir, çünki parlamentin Kutaisidə yerləşməsi parlamentlə Nazirlər Kabinetinin əlaqəsinə maneə törədir:
"Mən bunu öz təcrübəmdən deyə bilərəm. Təhsil naziri olduğum dövrdə parlamentarilərlə söhbətə ehtiyac olurdu, lakin razılaşın ki, altı saat yol qət etmək iş deyil və hesab edirəm ki, parlamentin köçürülməsi obyektiv reallıqdır".
O, vurğulayıb ki, keçmiş hökumətin regionların inkişafı məqsədilə dövlət strukturlarını köçürməsi siyasəti yanlışdır: "Bu öz nəticəsini vermir. Regionların inkişafı üçün məqsədyönlü regional siyasət lazımdır".