...

"Forbes" jurnalı: Putin dünyada ən nüfuzlu şəxsdir

Siyasət Materials 31 Oktyabr 2013 02:23 (UTC +04:00)
ABŞ-ın aparıcı xəbər dərgilərindən olan "Forbes"in hər il tərtib etdiyi "Dünyanın ən nüfuzlu şəxsləri" siyahısında bu il ilk sırada Rusiya Prezidenti Vladimir Putin yer alıb.
"Forbes" jurnalı: Putin dünyada ən nüfuzlu şəxsdir

Azərbaycan, Bakı, 31 oktyabr /Trend/

ABŞ-ın aparıcı xəbər dərgilərindən olan "Forbes"in hər il tərtib etdiyi "Dünyanın ən nüfuzlu şəxsləri" siyahısında bu il ilk sırada Rusiya Prezidenti Vladimir Putin yer alıb.

Trend-in məlumatına görə, "Forbes" V.Putinin Rusiyaya nəzarət, Rusiyadan sığınacaq tələb edən Eduard Snouden və Suriya böhranı məsələlərində ortaya qoyduğu siyasi iradə səbəbindən "ən nüfuzlu şəxs" olduğunu bildirir.

Ötən il ilk sırada yer alan ABŞ Prezidenti Barak Obama ikinci, Çin Xalq Respublikasının Sədri Si Tszinpin isə üçüncü sıradadır.

Siyahının ilk 10-luğu:

1. RF Prezidenti Vladimir Putin
2. ABŞ Prezidenti Barak Obama
3. ÇXR Sədri Si Tszinpin
4. Roma Papası Fransesk
5. Almaniya Kansleri Angela Merkel
6. "Microsoft" şirkətinin sahibi Bil Geyts
7. ABŞ Mərkəzi Bankının rəhbəri Ben Bernanke
8. Səudiyyə Ərabistanının Kralı Abdullah bin Əbdüləziz Al Səud
9. Avropa Mərkəz Bankının rəhbəri Mario Draqi
10. "Wal-Mart CEO" şirkətinin rəhbəri Maykl Dyuk

Məqalədə:
Xəbər lenti

Xəbər lenti