...

Rusiya Ermənistana tədarük edilən qaz, neft məhsulları və almazlara görə rüsumları ləğv edir

Siyasət Materials 2 Dekabr 2013 20:18 (UTC +04:00)
Rəsmi Moskva və Yerevan Ermənistana tədarük edilən qaz, neft məhsulları və emal olunmamış almazlara görə ixrac rüsumlarının ləğvi haqqında hökumətlərarası saziş imzalayıblar.
Rusiya Ermənistana tədarük edilən qaz, neft məhsulları və almazlara görə rüsumları ləğv edir

Azərbaycan, Bakı, 2 dekabr /Trend/

Rəsmi Moskva və Yerevan Ermənistana tədarük edilən qaz, neft məhsulları və emal olunmamış almazlara görə ixrac rüsumlarının ləğvi haqqında hökumətlərarası saziş imzalayıblar.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, sənəd Rusiya və Ermənistan prezidentləri Vladimir Putin və Serj Sarkisyanın apardığı danışıqların yekunu üzrə imzalanıb.

Qeyd edək ki, Ermənistan Gömrük İttifaqına (Rusiya, Belarus və Qazaxıstan) daxil olmaq, sonra isə Avrasiya İqtisadi Birliyinin formalaşdırılmasında iştirak etmək niyyətindədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti