...

Əli Əliyev: Milli Şurada baş verənlər seçkilərdəki uğursuzluğun nəticəsidir

Siyasət Materials 4 Dekabr 2013 16:17 (UTC +04:00)
Bu gün Milli Şurada baş verənlər seçkilərdəki uğursuzluğun nəticəsidir. Bu barədə Trend-ə Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev deyib.
Əli Əliyev: Milli Şurada baş verənlər seçkilərdəki uğursuzluğun nəticəsidir

Azərbaycan, Bakı, 4 dekabr /Trend, müxbir E.Mehdiyev/

Milli Şurada baş verənlər seçkilərdəki uğursuzluğun nəticəsidir. Bu barədə Trend-ə Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev deyib.

Ə.Əliyev qeyd edib ki, məğlubiyyət həmişə yetim qalır, heç kim ona sahib çıxmaq istəmir:

"Ona görə də indi baş verən bütün söz-söhbətlər oradan qaynaqlanır. Hesab edirəm ki, əvvəl İctimai Palatanın, sonra da Milli Şuranın həlledici qüvvəsi olan o iki partiya növbəti parlament seçkilərinə bir yerdə gedəcəklər. Milli Şuradakı digər partiyalar həlledici deyillər və buna görə də hesab edirəm ki, onlar daha çox Milli Şuranın peykində dolaşmağa üstünlük verirlər və özlərini o iki partiyanın qərarından asılı hala salıblar".

Rüstəm İbrahimbəyovun Milli Şuranın fəxri sədri seçilməsi məsələsinə münasibət bildirən

Ə.Əliyev qeyd edib ki, Milli Şura daxilindəki lobbi qüvvələri R.İbrahimbəyovun orada qalmasında maraqlıdır: "Görünür, kimsə Milli Şuranın tərkibində gələcəkdə Rüstəm İbrahimbəyovun vasitəsilə Moskva ilə körpü qurmaq istəyir və belə bir perspektiv istisna olunmur. Ona görə də Rüstəm İbrahimbəyovu Milli Şurada hər hansı bir statusda saxlamaq məqsədi güdülür".

Qeyd edək ki, Milli Şuranın dekabrın 3-də son toplantısı qalmaqalla yadda qalıb. Sessiyada R.İbrahimbəyovun Milli Şuranın fəxri sədri seçilməsi təklifinə Müsavat başqanı İsa Qəmbər etiraz edib. İ.Qəmbər bildirib ki, R.İbrahimbəyov Rusiya vətəndaşı olduğundan Milli Şuranın fəxri sədri seçilməməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti