Riçard Morninqstar Anar Məmmədlinin həbsi ilə əlaqədar bəyanat verib

Siyasət Xəbər 17 Dekabr 2013 17:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 dekabr /Trend/

Amerika Birləşmiş Ştatları Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin sədri Anar Məmmədlinin qeyri-qanuni sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqda ittiham edilməsi və sonradan barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilməsindən dərin narahatlıq keçirir.

ABŞ-ın Azərbaycandakı səfirliyindən Trend-ə daxil olan məlumata görə, bu barədə səfir Riçard Morninqstarın A.Məmmədlinin həbsi ilə əlaqədar bəyanatında deyilir.

Səfir qeyd edib ki, ittihamların təfərrüatları hələ aydın deyil:

"Biz bu məsələni Azərbaycan hökumətinin yüksək rütbəli rəsmiləri ilə görüşlərdə qaldırmışıq və bu mövzuda müzakirələrimizi davam etdirəcəyik".

Məqalədə:

Xəbər lenti

Xəbər lenti