...

Türkiyədə adları korrupsiya qalmaqalında hallanan üç nazir istefa verir

Siyasət Materials 19 Dekabr 2013 13:15 (UTC +04:00)
Türkiyədə övladlarının adları korrupsiya qalmaqalında hallanan üç nazir Baş nazir Rəcəb Tayyib Ərdoğanı istefaya getmələri barədə məlumatlandırıb.
Türkiyədə adları korrupsiya qalmaqalında hallanan üç nazir istefa verir

Azərbaycan, Bakı, 19 dekabr /Trend, müxbir R.Hafizoğlu/

Türkiyədə övladlarının adları korrupsiya qalmaqalında hallanan üç nazir Baş nazir Rəcəb Tayyib Ərdoğanı istefaya getmələri barədə məlumatlandırıb. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Türkiyənin "Radikal" qəzeti diplomatik mənbələrə istinadən yazır.

Qəzetin məlumatına görə, iqtisadiyyat naziri Zəfər Çağlayan, daxili işlər naziri Müəmmər Gülər və şəhərsalma və ətraf mühit naziri Ərdoğan Bayraqdar Baş nazir Rəcəb Tayyib Ərdoğana istefaları barədə məlumat veriblər.

Türkiyə KİV-i istefası barədə Baş naziri məlumatlandıran dördüncü nazir haqqında yazsa da, onun adı açıqlanmır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti