...

Sülhəddin Əkbər: Müxalifət düşərgəsində böhran vəziyyəti yaranıb

Siyasət Materials 10 Yanvar 2014 13:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 yanvar /Trend, müxbir E.Mehdiyev/

Milli Şuranın bundan sonra fəaliyyət göstərib-göstərməməsi qurumda qalan qüvvələrin hansı qərar qəbul edəcəyindən asılıdır. Bu barədə Trend-ə Milli Şuranın üzvü, Açıq Cəmiyyət Partiyasının sədri Sülhəddin Əkbər deyib.

S.Əkbər bildirib: "Yaranmış vəziyyət hər kəsə məlumdur və bu vəziyyətdən çıxış yolları axtarırıq. Hərə çıxış yolunu bir cür görür. Hazırda biz danışıqları davam etdiririk. Yəni, vəziyyətdən çıxış yolları ilə bağlı müzakirələr, birgə dəyərləndirmələr, çoxtərəfli, ikitərəfli görüşlər davam edir".

S.Əkbər Müsavat Partiyasının Milli Şuradan çıxmasının Milli Şuraya ağır zərbə olduğunu deyib: "Müsavat Partiyası Azərbaycan müxalifətinin aparıcı partiyalarından biridir və onun Milli Şuradan çıxması Şuraya da, demokratik düşərgəyə də böyük zərbədir və böhran vəziyyəti yaradıb. Amma əgər müdrik, düzgün qərar qəbul olunarsa, istənilən böhran yeni bir inkişaf üçün təkan ola bilər, yeni bir mərhələnin açılmasına təkan verə bilər, yalnış qərarlar qəbul olunarsa, tənəzzülə, dağılmaya gətirib çıxaracaq".

Sədr rəhbərlik etdiyi partiyanın danışıqlarda yaxından iştirak etdiyini vurğulayıb: "Biz müzakirələrdə yaxından iştirak edirik, intensiv danışıqlar aparırıq və son qərarların qəbuluna tələsməyin tərəfdarı deyilik. Bütün tərəfdaşlarımıza da bu mövqeyimizi çatdırmışıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti