Azərbaycan, Bakı, 18 yanvar /Trend/
Misirin yeni konstitusiya layihəsini seçicilərin 98,1 faizi dəstəkləyib.
Trend-in İTAR-TASS-a istinadən verdiyi məlumata görə, seçkilərin rəsmi nəticələrini Misir Ali Seçki Komissiyasının sədri Nabil Salib açıqlayıb.
Misirin yeni konstitusiyası üzrə keçirilən referendumda seçicilərin 38,6 faizi (20,5 milyondan çox şəxs) iştirak edib.