...

NATO-nun baş katibi Ukraynada baş verən hadisələrdən hədsiz narahatdır

Siyasət Materials 22 Yanvar 2014 15:34 (UTC +04:00)
NATO-nun baş katibi Anders Foq Rasmussen Ukraynada baş verən hadisələrlə bağlı bəyanat verib.
NATO-nun baş katibi Ukraynada baş verən hadisələrdən hədsiz narahatdır

Azərbaycan, Bakı, 22 yanvar /Trend, müxbir S.Əhmədova/

NATO-nun baş katibi Anders Foq Rasmussen Ukraynada baş verən hadisələrlə bağlı bəyanat verib.

Trend-in NATO-nun rəsmi saytına istinadən verdiyi məlumata görə, baş katib ölkədə baş verən dramatik hadisələrdən və ölüm xəbərlərindən hədsiz narahat olduğunu bildirib.

Anders Foq Rasmussen deyib: "Mən zorakılığı qəti şəkildə qınayıram. Şiddət heç bir vaxt siyasi böhrana cavab ola bilməz".

NATO rəsmisi bütün tərəfləri real dialoqa, təmkinli olmağa və vəziyyətin gərginləşməsinin qarşısını almağa çağırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti