...

Azərbaycanda Çernobıl əlilləri üçün Prezident təqaüdü təsis olundu

Siyasət Materials 17 Mart 2014 19:23 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev “Əlillik ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən baş verdikdə I qrup əlilliyə görə sosial müavinət alanlara Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında
Azərbaycanda Çernobıl əlilləri üçün Prezident təqaüdü təsis olundu

Azərbaycan, Bakı, 17 mart /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev "Əlillik ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən baş verdikdə I qrup əlilliyə görə sosial müavinət alanlara Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün təsis edilməsi haqqında fərman imzalayıb.

Fərmanda qeyd olunur ki, "Əlillik ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən baş verdikdə I qrup əlilliyə görə sosial müavinət alanlara Azərbaycan Respublikası Prezidentinin təqaüdü" təsis edilsin və onun aylıq məbləği 60 manat müəyyən olunsun.

Müəyyən edilsin ki, bu fərmanla təsis edilən təqaüdü dövlət büdcəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə nəzərdə tutulmuş xərclər hesabına həmin nazirlik ödəyir.

Nazirlər Kabineti bu fərmandan irəli gələn məsələləri həll edəcək.

Bu fərman 2014-cü il aprelin 1-dən qüvvəyə minir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti