...

ABŞ Dövlət Departamenti: Azərbaycanda narkotiklərdən istifadə və onların becərilməsi nisbətən kiçik miqyasda mövcuddur

Siyasət Materials 25 Mart 2014 12:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 mart /Trend, müxbir S.Əhmədova/

Azərbaycanda narkotiklərdən istifadə və onların becərilməsi nisbətən kiçik miqyasda mövcuddur və bu, az əhəmiyyətli problemdir. Trend-in məlumatına görə, bu barədə ABŞ Dövlət Departmentinin "Beynəlxalq narkotiklərə nəzarət strategiyası 2014" adlı hesabatında deyilir.

Hesabatda qeyd olunur ki, Azərbaycan ərazisi ilə narkotiklərin qanunsuz dövriyyəsi ciddi problem olaraq qalır. ABŞ Dövlət Departmanetinin hesabatında bildirilir ki, Azərbaycanın Əfqanıstan və İrandan Avropa və Rusiyaya narkotiklərin dövriyyəsi marşrutları üzərində yerləşməsi bu problemi daha da kəskinləşdirir.

Hesabatda həmçinin vurğulanır ki, Azərbaycan işğal altında olan Dağlıq Qarabağ ərazisindəki sərhədləri qoruya bilməməsindən narahatlığını ifadə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti