...

Aİ Ukraynanın üç regionundakı vəziyyətdən narahatdır

Siyasət Materials 7 Aprel 2014 16:34 (UTC +04:00)
Avropa İttifaqı (Aİ) Ukraynanın üç regionundakı vəziyyətdən narahatdır. Trend-in İTAR-TASS-a istinadən verdiyi məlumata görə, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eştonun mətbuat katibi Mayya Kosyançiç bəyan edib.
Aİ Ukraynanın üç regionundakı vəziyyətdən narahatdır

Azərbaycan, Bakı, 7 aprel /Trend/

Avropa İttifaqı (Aİ) Ukraynanın üç regionundakı vəziyyətdən narahatdır. Trend-in İTAR-TASS-a istinadən verdiyi məlumata görə, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eştonun mətbuat katibi Mayya Kosyançiç bəyan edib.

O, Brüsseldə jurnalistlərə bildirib: "Biz hadisələrin inkişafını diqqətlə və narahatlıqla izləyirik".

Bununla yanaşı, M.Kosyançiç deyib ki, Ukrayna üzrə bütün siyasi tələblər qeyri-zorakı metodlarla və demokratik standartlara və qanunlara uyğun həyata keçirilməlidir və bu planda Ukraynada qarşıdakı prezident seçkiləri bunun üçün yaxşı forumdur.

K.Eştonun nümayəndəsi qeyd edib: "Biz Ukraynanın suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyirik və bu planda Ukrayna hökumətini dəstəkləyirik. Biz gərginliyin azaldılması və ölkədə gələcəkdə yarana biləcək qeyri-sabit vəziyyətdən yayınmağa çağırmaqda davam edəcəyik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti