...

Türk Tarix Qurumu 1915-ci il hadisələrini müzakirə edəcək

Siyasət Materials 21 Aprel 2014 13:55 (UTC +04:00)
Türkiyədə fəaliyyət göstərən Türk Tarix Qurumu (TTK) ölkənin Van şəhərində "Birinci Dünya müharibəsi və ermənilər" adlı konfransda 1915-ci il hadisələrini tarixçilərlə birgə müzakirə edəcək.
Türk Tarix Qurumu 1915-ci il hadisələrini müzakirə edəcək

Azərbaycan, Bakı, 21 aprel /Trend, müxbir R.Hafizoğlu/

Türkiyədə fəaliyyət göstərən Türk Tarix Qurumu (TTK) ölkənin Van şəhərində "Birinci Dünya müharibəsi və ermənilər" adlı konfransda 1915-ci il hadisələrini tarixçilərlə birgə müzakirə edəcək. Trend-in məlumatına görə, bu barədə Türkiyənin Anadolu agentliyi xəbər verib.

Məlumatda o da qeyd olunur ki, konfrans 24-25 apreldə keçiriləcək və toplantı zamanı Vanın erməni quldur dəstələri tərəfindən yandırılaraq əhalisinin qətlə yetirilməsi məsələsi də müzakirə olunacaq.

Xatrıladaq ki, Ermənistan hər il aprelin 24-də qondarma "erməni soyqırımı"nı qeyd edir. Ermənistan və erməni lobbisi bəyan edir ki, Türkiyənin sələfi olan Osmanlı İmperiyası 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı soyqırım törədib. Erməni təbliğatının təzyiqi ilə bir sıra ölkələrin parlamentləri qondarma "soyqırım"ı tanıyıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti