...

Azərbaycan Silahlı Qüvvələrinin motoatıcı taborunun NATO qiymətləndirməsi üzrə təlimi keçirilir (FOTO)

Siyasət Materials 5 May 2014 16:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 may /Trend, müxbir İ.İzzət/

Azərbaycan Silahlı Qüvvələrinin motoatıcı taborunun NATO qiymətləndirməsi üzrə təlimi başlayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, mayın 5-də Bakı şəhərində Azərbaycan Respublikasının NATO qüvvələri ilə yüksək səviyyəli uyarlığa nail olması məqsədilə Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) proqramı çərçivəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin motoatıcı taborunun 2-ci səviyyəli NATO qiymətləndirməsi üzrə təlimi başlayıb.

Qaraheybət Təlim Mərkəzində keçirilən səhra təlimlərində Silahlı Qüvvələrin 900 nəfərə yaxın şəxsi heyəti, 100-dək hərbi texnikası və 4 ədəd helikopteri cəlb olunub.

Təlimlərin qərargah və taktiki əməliyyat mərkəzində praktiki fəaliyyət göstərən motoatıcı taborun şəxsi heyətinin 5 sahə üzrə beynəlxalq və milli müşahidəçilər tərəfindən qiymətləndirilməsi həyata keçiriləcək.

Təlimlər mayın 8-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti