Azərbaycan, Bakı, 3 iyun /Trend, müxbir R.Hafizoğlu/
Türkiyə "Cəbhət ən-Nüsra" təşkilatını rəsmən terror təşkilatı kimi tanıyıb. Trend xəbər verir ki, bu barədə "Resmi Gazete"nin saytında dərc edilmiş məlumatda deyilir.
"Cəbhət ən-Nüsra" 2012-ci il yanvarın 23-də Suriya müxalifəti ilə hökumət qüvvələri arasında gedən hərbi əməliyyatlar zamanı yaradılıb.
Bu təşkilat özünün "əl-Qaidə" terror təşkilatına məxsus olduğunu inkar edir.
"Cəbhət ən-Nüsra" 2013-cü il iyunun əvvəlinədək Suriyadakı münaqişə zamanı terrorçu-intiharçıların 70 hücumundan 57-nə görə məsuliyyəti öz üzərinə götürüb.
Təşkilat 2012-ci ilin dekabrında ABŞ hökuməti, 2013-cü ilin mayında BMT, 2013-cü ilin iyununda Avstraliya hökuməti, eləcə də 2013-cü ilin iyulunda Böyük Britaniya hökuməti tərəfindən terror təşkilatı kimi tanınıb.