...

Rusiya Xəzər Dəniz Donanmasının iki gəmisi Azərbaycana gələcək

Siyasət Materials 13 Oktyabr 2014 09:44 (UTC +04:00)
Oktyabrın 16-da Rusiya Federasiyası Xəzər Dəniz Donanmasının "Dağıstan" və "Qrad Sviyajsk" gəmilərinin Bakıya rəsmi səfəri planlaşdırılır.
Rusiya Xəzər Dəniz Donanmasının iki gəmisi Azərbaycana gələcək

Azərbaycan, Bakı, 13 oktyabr /Trend, müxbir İlkin İzzət/

Oktyabrın 16-da Rusiya Federasiyası Xəzər Dəniz Donanmasının "Dağıstan" və "Qrad Sviyajsk" gəmilərinin Bakıya rəsmi səfəri planlaşdırılır. Bu barədə Trend Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verib.

Müdafiə Nazirliyinin səfər ərzində gəmilərin komandanlığı və şəxsi heyəti Fəxri Xiyaban və Şəhidlər Xiyabanını ziyarət edəcək, Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələri komandanlığı tərəfindən nümayəndə heyəti qəbul olunacaq və Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbindəki tədris prosesi ilə tanış olacaqlar.

Gəmi heyətinin proqram çərçivəsində mədəni və tarixi abidələrlə tanışlıq məqsədilə Bakı şəhərinə gəzintisi, həmçinin futbol üzrə yoldaşlıq görüşünün keçirilməsi planlaşdırılır.

Səfər oktyabrın 19-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti