...

İlham Əliyev Latviya Prezidenti və Oman Sultanını təbrik edib

Siyasət Materials 17 Noyabr 2014 18:56 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Latviya Prezidenti Andris Berzinşə təbrik məktubu ünvanlayıb.
İlham Əliyev Latviya Prezidenti və Oman Sultanını təbrik edib

Azərbaycan, Bakı, 17 noyabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Latviya Prezidenti Andris Berzinşə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Ölkənizin Milli günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Azərbaycan-Latviya münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur. Ölkələrimizi birləşdirən ənənəvi dostluq əlaqələri siyasi, iqtisadi, humanitar və digər sahələrdə səmərəli əməkdaşlığımız üçün geniş imkanlar açmışdır.

İnanıram ki, dostluq və əməkdaşlıq münasibətlərimizin daha da möhkəmləndirilməsi və genişləndirilməsi istiqamətində səylərimizi bundan sonra da davam etdirəcəyik.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Latviya xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".

Dövlətimizin başçısı Omanın Sultanı Qabus bin Səidi də təbrik edib.

Məktubda qeyd olunur: "Ölkənizin milli bayramı - Təvəllüd gününüz münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar diləyir, dost Oman xalqına daim sülh və firavanlıq arzulayıram".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti