Azərbaycan, Bakı, 27 noyabr /Trend, müxbir İlkin İzzət/
Azərbaycanda müxalifət partiyasının funsksionerlərindən biri dələduzluğa və sənədlərin saxtalaşdırılmasına görə həbs edilib.
Daxili İşlər Nazirliyindən (DİN) Trend-ə verilən məlumata görə, vətəndaş Fəridə Zülfüqarovanın 7700 manat pulunun dələduzluq yolu ilə ələ keçirilməsi faktı üzrə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində başlanmış cinayət işi üzrə istintaqdan yayınan Bakı şəhər sakini Asif Yusifov saxlanılıb və Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla törədilən dələduzluq) və 320.1-ci (rəsmi sənədləri saxtalaşdırma, hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə məhkəmə tərəfindən barəsində həbs-qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Asif Yusifov AXCP-nin Rəyasət Heyərinin üvzüdür.