...

İntiqam Babayev: Müstəqil Azərbaycanda gənclər siyasətinin təməli ulu öndər Heydər Əliyevin ideyaları əsasında formalaşıb

Siyasət Materials 12 Dekabr 2014 11:34 (UTC +04:00)
Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda formalaşan gənclər siyasətinin hüquqi-normativ bazası bu gün beynəlxalq standartlara cavab verir və bu baza Azərbaycan gənclərinin maraqlarını əks etdirir.
İntiqam Babayev: Müstəqil Azərbaycanda gənclər siyasətinin təməli ulu öndər Heydər Əliyevin ideyaları əsasında formalaşıb

Azərbaycan, Bakı, 12 dekabr /Trend, müxbir İlhamə İsabalayeva/

Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda formalaşan gənclər siyasətinin hüquqi-normativ bazası bu gün beynəlxalq standartlara cavab verir və bu baza Azərbaycan gənclərinin maraqlarını əks etdirir.

Gənclər və idman nazirinin müavini İntiqam Babayev Trend-ə bildirib ki, müstəqil Azərbaycanda gənclər siyasətinin təməli ulu öndər Heydər Əliyevin ideyaları əsasında formalaşıb: "Onun Azərbaycanda yenidən siyasi hakimiyyətə gəldiyi gündən başlayaraq müstəqil dövlətdə yeni gənc nəslin formalaşması istiqamətində ciddi addımlar atılıb. Məhz ulu öndərin təşəbbüsü ilə Azərbaycanda gənclər forumları keçirilməyə başlandı, gənclər siyasətinin hüquqi-normativ bazası formalaşdı. Bu baza bu gün beynəlxalq standartlara cavab verır və Azərbaycan gənclərinin maraqlarını əks etdirir".

İ.Babayev qeyd edib ki, hələ ölkə prezidenti seçilməmişdən əvvəl - 1993-cü ilin sentyabrında o zamankı Ali Sovetin binasında cəmiyyətin fəal gəncləri ilə keçirdiyi görüş zamanı Heydər Əliyev qeyri-rəsmi olaraq dövlət gənclər siyasətinin təməlini qoydu. Bu gün Azərbaycan artıq həmin siyasətin bəhrəsini görür.

Nazır müavininin sözlərinə görə, bu gün ölkə gəncliyinin inkişaf səviyyəsi yüksək həddə çatıb. Gənclər artıq Azərbaycanın hüdudlarından xeyli kənarda da ölkəmizi bütün sahələrdə - ictimai, elm, mədəni və s. - yüksəksəviyyəli kürsülərdə təmsil edirlər: "Bu, məhz həmin strategiyanın nəticəsidir. Bu strategiya Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni mərhələdə davam edir. Düşünürəm ki, ulu öndərin fərman və sərəncamları, Azərbaycan gənclərinin I forumunda şəxsən iştirak etməsi, bütün gənclərin fikirlərini dinləməsi və son nəticədə hər bir çıxışa cavab və tövsiyələr verməsi bütün cəmiyyətimizi silkələdi. Eyni zamanda, bütün dövlət idarəetmə strukturlarının, cəmiyyətin diqqətini gənclik mövzusuna yönəltdi".

İ.Babayev hesab edir ki, bundan sonra gənclərin dövlət idarəetməsinə cəlb edilməsi, onların cəmiyyətdə qərarvermə işlərində yaxından iştirak etməsi, təhsil, sosial imkanlarının artırılması məsələləri ortaya qoyuldu. Növbəti illərdə bu istiqamətdə artıq dövlət proqramları, tədbirlər planları qəbul olundu, çoxsaylı layihələr həyata keçirildi: "Aydın məsələdir ki, hər bir cəmiyyətdə gənclərlə bağlı problemlər mövcuddur. Bu gün də gənclərimiz arasında problemlər mövcuddur. Ancaq buna qarşı da dövlət tərəfindən addımlar atılır".

O deyib ki, artıq bır sıra beynəlxalq qurumlar da Azərbaycanın gənclərin sabahına hesablanmış dövlət siyasəti həyata keçirdiyini etiraf edirlər: "Bu gün Azərbaycanın gənclərlə bağlı modeli digər ölkələr üçün nümunə göstərilir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti