...

Azərbaycanla İordaniya arasında turizm sahəsində əməkdaşlıq üçün əlverişli imkanlar var (FOTO)

Siyasət Materials 20 Yanvar 2015 14:03 (UTC +04:00)
Azərbaycanın İordaniyadakı səfiri Sabir Ağabəyov İordaniyanın turizm naziri Nidal Murdi Abdullah Kataminlə görüşüb.
Azərbaycanla İordaniya arasında turizm sahəsində əməkdaşlıq üçün əlverişli imkanlar var (FOTO)

Azərbaycan, Bakı, 20 yanvar /Trend/

Azərbaycanın İordaniyadakı səfiri Sabir Ağabəyov İordaniyanın turizm naziri Nidal Murdi Abdullah Kataminlə görüşüb.

Səfirlikdən Trend-ə verilən məlumata görə, ölkələrimiz arasında ikitərəfli siyasi əlaqələrin yüksək səviyyədə olmasından danışan N.Katamin iki ölkə arasında turizm sahəsində də əməkdaşlıq üçün əlverişli imkanların olduğunu bildirib.

S.Ağabəyov Azərbaycanda turizmin inkişafına dövlət səviyyəsində göstərilən qayğı və ölkəmizin turizm potensialı haqqında məlumat verərək, digər sahələrdə olduğu kimi, ölkələrimiz arasında turizm sahəsində də əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Görüş əsnasında səfir Azərbaycan xalqına qarşı törədilmiş "Qanlı Yanvar" faciəsi və Ermənistanın Azərbaycana qarşı təcavüzü və onun fəsadları barəsində ətraflı məlumat verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti