...

Azərbaycan yanğın təhlükəsizliyini gücləndirir

Siyasət Materials 16 Fevral 2015 19:22 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanunun tətbiqi haqqında sərəncam imzalayıb.
Azərbaycan yanğın təhlükəsizliyini gücləndirir

Azərbaycan, Bakı, 16 fevral /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev "Yanğın təhlükəsizliyi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanunun tətbiqi haqqında sərəncam imzalayıb.

Qanunda edilən dəyişikliklərə əsasən, yanğından sığortalama könüllü, həmçinin daşınmaz əmlakın icbari sığortası və daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası növlərinin tərkibində icbari qaydada həyata keçirilir. Daşınmaz əmlakın, həmçinin daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari qaydada sığortalanması "İcbari sığortalar haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aparılır.

36-cı maddənin mətni aşağıdakı redaksiyada verilsin: "Bu Qanunun tələblərinin pozulması Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş hallarda məsuliyyətə səbəb olur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti