...

Qazaxıstanın Azərbaycandakı səfirinin fəaliyyəti rəsmiləşdi

Siyasət Materials 13 Aprel 2015 17:08 (UTC +04:00)
Elmar Məmmədyarov Qazaxıstanın Azərbaycana yeni təyin olunmuş səfiri Beybit İsabayevi qəbul edib.
Qazaxıstanın Azərbaycandakı səfirinin fəaliyyəti rəsmiləşdi

Azərbaycan, Bakı, 13 aprel /Trend, müxbir Elçin Mehdiyev/

Xarici işlər naziri Elmar Məmmədyarov Qazaxıstanın Azərbaycana yeni təyin olunmuş səfiri Beybit İsabayevi qəbul edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə səfir etimadnaməsinin surətini E.Məmmədyarova təqdim edib.

B.İsabayev diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.

Nazir səfirə diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti