Azərbaycanda siyasi partiyalardan auditor rəyi tələb olunacaq

Siyasət Materials 21 May 2015 13:52 (UTC +04:00)
Milli Məclisdən Trend-ə bildiriblər ki, bununla bağlı "Mühasibat uçotu haqqında" qanuna təklif olunan dəyişiklikdə siyasi partiyalar üçün maliyyə hesabatında auditor rəyi tələb olunacaq.
Azərbaycanda siyasi partiyalardan auditor rəyi tələb olunacaq

Azərbaycan, Bakı, 21 may /Trend, müxbir Elçin Mehdiyev/

Azərbaycanda siyasi partiyalardan auditor rəyi tələb olunacaq.

Milli Məclisdən Trend-ə bildiriblər ki, bununla bağlı "Mühasibat uçotu haqqında" qanuna təklif olunan dəyişiklikdə siyasi partiyalar üçün maliyyə hesabatında auditor rəyi tələb olunacaq.

Qanunun 14.6-cı maddəsinə təklif olunan dəyişikliyə əsasən siyasi partiyalar tərəfindən illik maliyyə hesabatları auditor rəyi ilə birlikdə hər il aprelin 1-dən gec olmayaraq Mərkəzi Seçki Komissiyasına təqdim edilməlidir.

Qeyd edək ki, maddənin mövcud variantında auditor rəyi göstərilməyib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti