Azərbaycan, Bakı, 30 iyul /Trend/
Rusiya, Qazaxıstan və Azərbaycanın hərbi gəmiləri artilleriya atəşlərini və gəmi məşqlərini həyata keçirmək üçün Xəzər dənizinə çıxıblar.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Rusiya Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələri üzrə Mətbuat xidməti və informasiya idarəsinin nümayəndəsi İqor Dıqalo deyib.
Onun sözlərinə görə, 3 ölkənin gəmiləri "Xəzər Kuboku-2015" müsabiqəsinə hazırlıq çərçivəsində kiçik həcmli dəniz hədəfləri, hava hədəfləri və üzən mina üzrə atəş və s. tapşırıqları yerinə yetirəcəklər.