...

Azərbaycanda deputat olmaq istəyənlərin sayı 498 nəfərə çatdı

Siyasət Materials 12 Sentyabr 2015 14:41 (UTC +04:00)
Azərbaycanda noyabrın 1-nə təyin edilmiş parlament seçkiləri üçün indiyə qədər 498 nəfər namizədliklərinin qeydə alınması üçün Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edib.
Azərbaycanda deputat olmaq istəyənlərin sayı 498 nəfərə çatdı

Azərbaycan, Bakı, 12 sentyabr /Trend, müxbir Elçin Mehdiyev/

Azərbaycanda noyabrın 1-nə təyin edilmiş parlament seçkiləri üçün indiyə qədər 498 nəfər namizədliklərinin qeydə alınması üçün Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edib. Trend-in məlumatına görə, bu barədə MSK-nın bu gün keçirilən iclasında bildirilib.

Bunlardan 254 nəfəri siyasi partiya, 13 nəfəri siyasi blok, qalanları isə öz təşəbbüsləri ilə namizədliklərini irəli sürüb.

İclasda həmçinin bildirilib ki, 286 nəfərin namizədliyinin irəli sürülməsi təsdiq olunub və onlara imza vərəqələri verilib.

O da qeyd olunub ki, seçkiləri müşahidə etmək üçün indiyə qədər MSK-da 74 müşahidəçi akkreditasiyadan keçib. Onlardan 69 nəfər öz təşəbbüsü, 5 nəfəri isə QHT-lər tərəfindən irəli sürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti