Azərbaycan, Bakı, 21 sentyabr /Trend, müxbir Elmira Tariverdiyeva/
Azərbaycan İsrailin dostudur və Təl-Əvivlə möhkəm əlaqələr qurmaq iqtidarındadır.
Trend-in məlumatına görə, bu barədə "The Jerusalem Post"un saytında İsrail Knessetitinin deputatları Oren Xazan, Mendi Safadi və bu ölkənin regional məsələlər üzrə nazirinin müavini Ayub Karın Azərbaycana səfəri barədə dərc edilən məqaləsində deyilir.
Məqalədə qeyd olunur ki, Azərbaycanın rəsmi şəxsləri bildiriblər ki, Bakı Təl-Əvivlə möhkəm dostluq əlaqələri saxlamaq və müxtəlif sahələrdə İsraillə əməkdaşlıq etmək niyyətindədir".
O.Xazan "The Jerusalem Post"a deyib ki, milliyətcə yəhudi və İsrail parlamentinin vitse-spikeri olmasına baxmayaraq, müsəlman ölkəsi Azərbaycanda özünü Təl-Əvivdəki kimi tam təhlükəsiz hiss edib.
M.Safadi isə deyib ki, Azərbaycan müsəlmanları müasir və liberal insanlardır, qadınlar isə küçələrdə Təl-Əvivdəki kimi geyinirlər: "Fransada hicablı qadınların sayı Azərbaycandan 100 dəfə çoxdur".