...

Mirzəcan Xəlilov: Sumqayıtlılar seçimlərini edib (FOTO) (VİDEO)

Siyasət Materials 28 Oktyabr 2015 16:24 (UTC +04:00)
41 saylı Sumqayıt Birinci seçki dairəsindən Milli Məclisə deputatlığa namizəd Mirzəcan Xəlilov davamlı olaraq seçiciləri ilə görüşlər keçirir, onları öz seçkiqabağı platforması ilə tanış edir və vətəndaşları narahat edən məsələlərə öz münasibətini bildirir.
Mirzəcan Xəlilov: Sumqayıtlılar seçimlərini edib (FOTO) (VİDEO)

Azərbaycan, Bakı, 28 oktyabr /Trend/

41 saylı Sumqayıt Birinci seçki dairəsindən Milli Məclisə deputatlığa namizəd Mirzəcan Xəlilov davamlı olaraq seçiciləri ilə görüşlər keçirir, onları öz seçkiqabağı platforması ilə tanış edir və vətəndaşları narahat edən məsələlərə öz münasibətini bildirir.

Belə görüşlərdən biri Sumqayıt şəhəri 17-ci mikrorayonda xeyir-şər evində keçirilib. Görüşü giriş sözü ilə Yeni Azərbaycan Partiyasının Sumqayıt şəhər təşkilatının sədri Asif İmaməliyev açaraq respublikada aşkarlıq və demokratiya şəraitində aparılan dövlət siyasətində quruculuq işlərindən, Milli Məclisə deputatların seçilməsi ilə bağlı siyasi kampaniyanın mahiyəti və vacibliyindən danışıb.

Asif İmaməliyev Mirzəcan Xəlilovu seçicilərə təqdim edərək, onu Yeni Azərbaycan Partiyasının üzvü kimi partiya tərəfindən dəstəkləndiyini xüsusi vurğulayıb.

Görüşlərdə mütəmadi olaraq namizədin vəkilləri Faiq İsmayılov, Eyruz Məmmədov, Vəzirxan Ansarov, Humbət Quliyev, Məhəbbət Məhərrəmov və Gülbacı Məmmədova namizədin keçdiyi həyat yolundan geniş məlumat verərək, onun layiqli namizəd olduğunu seçicilərin diqqətinə çatdırmış və ona səs verməyə dəvət ediblər.

Görüşdə həmçinin Sumqayıt şəhər Ağsaqqallar Şurasının sədri Müzəffər Gülümov çıxış edərək bildirib ki, qısa müddətdə Mirzəcan Xəlilov 41 saylı Sumqayıt birinci DSK-nın ərazisində yaşayan ağsaqqallarla təmas qurub, öz planları haqqında geniş izahat verib və bu görüşlərdə öz sadəliyi ilə onların rəğbətini qazanıb.

M.Gülümov görüş iştirakçılarını əmin edib ki, Mirzəcan Xəlilov deputat seçilərsə, o öz seçicilərini parlamentdə layiqincə təmsil edəcək. Sonda o hamını mütəşəkkil surətdə seçkilərdə iştirak etməyə və Mirzəcan Xəlilova səs verməyə çağırıb.

Əksər görüşlərdə seçicilər Mirzəcan Xəlilova səs verəcəklərini bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti