• Bizim Məhsullar
  • Xəbər terminalı
  • RU
  • AZ
  • EN
  • TR
  • FA
  • Daxil ol
  • Qeydiyyatdan keç
Trend.Az
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Trend Photo
  • Əsas səhifə
  • Siyasət

Gürcüstan Prezidenti: Gürcüstanın iqtisadiyyatının gücləndirilməsində Azərbaycan ilə tərəfdaşlıq mühüm rol oynayır

7 Noyabr 2015 02:31 (UTC+04:00)
  • 0
  • 0

Azərbaycan, Bakı, 7 noyabr /Trend/

Noyabrın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili Marneuli rayonunda "Çay evi" tədris mərkəzi ilə tanış olublar.

Trend-in məlumatına görə, "Çay evi" tədris mərkəzi ilə tanışlıqdan sonra Prezident İlham Əliyev və Prezident Giorgi Marqvelaşvili Gürcüstanda yaşayan Azərbaycan icmasının nümayəndələri ilə görüşdülər.

Dövlət başçıları görüşdə çıxış ediblər. Prezident Giorgi Marqvelaşvili çıxışında deyib:

"Mən Sizi və Marneuli ictimaiyyətinin nümayəndələrini salamlayıram. Mən şadam ki, bu gün cənab İlham Əliyev ilə birgə burada sizinlə - Gürcüstanın azərbaycanlı vətəndaşları ilə görüşmək imkanı əldə etmişik. Bu ictimaiyyət bizim vətəndaşlar kimi dövlətimizin tərkib hissəsidir. Bu rayonun sakinlərinə, burada yaşayan azərbaycanlılara Gürcüstanın inkişafına və Azərbaycan-Gürcüstan əlaqələrinin genişlənməsinə verdikləri töhfələrə görə minnətdarlığımı bildirirəm.

Ötən gün cənab İlham Əliyev ilə bizim mehriban dostluq əlaqələrimizi daha da inkişaf etdirmək üçün müzakirələr apardıq. Azərbaycan-Gürcüstan əlaqələri nümunəvidir. Bu nümunə hər iki ölkəni daha da möhkəmləndirəcək.

Biz buraya gələndə söhbət edərkən mərhum prezidentlər Heydər Əliyevin və Eduard Şevardnadzenin uzaqgörənliklə bu dostluğa verdikləri önəmi xatırladıq. Onlar bizim əlaqələrimizin strateji istiqamətini müəyyən etmişlər. Bu gün bir daha əmin olduq ki, 20-25 il əvvəl onların qoyduqları bünövrə bizim gələcəyimizin əsas yolunu müəyyən edib.

Mən çox sevinirəm ki, bu gün sizinlə görüşə gəlmişəm. Əminliklə deyə bilərəm ki, bütün Gürcüstan xalqı İlham Əliyevə məhəbbətlə yanaşır. Bilirəm ki, siz də İlham Əliyevi ikiqat istəyirsiniz. Mən sevinirəm ki, rayonda böyük inkişaf var. Bu yeniliklər sizin səyinizlə və Azərbaycanın bölgəyə, iqtisadiyyata dəstəyi vasitəsilə yaranıb. Mən qeyd etmək istəyirəm ki, bu dəstək təkcə Marneulidə deyil, hər yerdə nəzərə çarpır. Gürcüstanın iqtisadiyyatının gücləndirilməsində Azərbaycan ilə tərəfdaşlıq mühüm rol oynayır. Bu dəstək sosial layihələrin reallaşdırılmasında da nəzərə çarpır. Bu gün bütün bağçalarda istilik sistemi mövcuddur. Mən deyərdim ki, bir çox kilsələr və digər müəssisələr istiliklə təmin olunublar. Bundan başqa bir çox mədəni, idman və elmi layihələrə kömək göstərilir. Bunu görməmək mümkün deyil. Bütün bunları bizim dost Azərbaycan dost Gürcüstan üçün edir. Mən iftixar hissi ilə deyə bilərəm ki, bölgədə həyata keçirilən bütün layihələr öz bəhrəsini verir".

Gürcüstan Prezidenti qeyd edib ki, bu bölgənin vətəndaşları daha sıx iqtisadi, siyasi və mədəni inteqrasiyaya meyillidirlər:

"Burada bilikli və istedadlı insanlar çoxdur. Onların siyasi proseslərdə yaxından iştirak etməsi Gürcüstan dövlətinin gücü deməkdir. Bizim xalqlarımız və dövlətimiz daha çox inkişafa impuls verən layihələrin reallaşdırılmasını istəyirlər. Bu layihələrin reallaşmasına İlham Əliyevin istəyi təkan verir. İlham Əliyev çox ürəyiaçıq insandır və mən prezident kimi Azərbaycana səfər edəndə məni çox mehribanlıqla qəbul etdi. Mən də çalışıram ki, cənab İlham Əliyevin Tbilisiyə səfəri zamanı az da olsa sizdə gördüyüm qonaqpərvərliyin qarşılığını verə bilim.

Bu yaxınlarda Azərbaycanda seçkilər keçirildi. Cənab Prezident bu siyasi prosesdən dərhal sonra vaxt taparaq Gürcüstana səfər edib. Bu, gözəl jestdir. Ona bu jestinə görə təşəkkürümü bildirirəm. Bunu bütün dünya görür və bütün dünya başa düşür ki, Azərbaycan-Gürcüstan əlaqələri necə böyük əhəmiyyət kəsb edir. Bir daha çox sevinirəm ki, bizim istəkli qonağımız İlham Əliyev ilə buradayıq. Hər zaman sizin xidmətinizdə durmağa hazırıq".

Gürcüstan Prezidenti bölgədə gürcü dilinin öyrənilməsi layihəsinin həyata keçirilməsi prosesindən danışıb və bildirib ki, bu amil azərbaycanlı əhalinin ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal mövqe tutmaları üçün əsas şərtdir.

Gürcüstan öz mədəniyyətini, adət-ənənələrini qoruyan azərbaycanlı vətəndaşları ilə güclüdür, - deyən Prezident Giorgi Marqvelaşvili daha sonra burada həyata keçirilən layihələrdən danışaraq deyib:

"Mən burada uğurla həyata keçirilən infrastruktur layihələrini görürəm. Əsasən kənd təsərrüfatı sahəsində olan layihələri. Gürcüstan böyük potensiala malik aqrar dövlətdir. Təəssüf ki, bəzi səbəblərə görə bizim ərzağa olan tələbatımızın 9 faizi daxili istehsal hesabına təmin edilir. Bu, çox kiçik göstəricidir. Lakin elə bu 9 faizdə də bizim azərbaycanlı vətəndaşlarımızın rolu böyükdür. Biz bu sahədə layihələri elə reallaşdırmalıyıq ki, Avropa bazarına çıxa bilək. Biz keçən il Avropa İttifaqı ilə "Azad ticarət haqqında" müqaviləyə imza atdıq. Bu, bizə böyük imkanlar yaratdı. Ancaq təbii, Avropa standartlarına cavab verən məhsul istehsal etməliyik və dünyaya məhsul çıxaran ölkələrlə rəqabətə girməliyik. Burada bu potensial var və biz bunu həyata keçirməliyik. Bunun üçün bizə müasir texnologiya və avadanlıq lazımdır.

Mən çox sevinirəm ki, bu sahədə də cənab İlham Əliyev bizə dəstək verir. Ən müasir istixanaları misal gətirmək istəyirəm. Daha bir sahəni qeyd etmək istəyirəm. Bu, turizm və onunla bağlı xidmətlərin göstərilməsidir. Bununla əlaqədar rayonun icra hakimiyyəti və digər qurumlar birləşib bu sahədə potensialı araşdırıb öyrənməli, təkliflərini təqdim etməlidirlər. Turizm çox gəlirli sahədir. Bundan başqa, çox mühüm geosiyasi və geostrateji layihələr reallaşdırılacaq. Dünən biz bu məsələ ilə bağlı cənab İlham Əliyevlə müzakirə apardıq. Bu layihələr bizə yüklərin, enerji daşıyıcıları tranzitini artırmağa, logistik mərkəzlərin yaradılmasına imkan verə bilər.

Burada gördüyüm canlanmaya görə təşəkkür edirəm. Buradakı əhval-ruhiyyə bizim gələcək əməkdaşlığımızın daha uğurlu olacağı ümidini verir. Mən bir daha cənab İlham Əliyevə "çox sağ olun!" demək istəyirəm. Onu bir daha gözəl Marneulidə salamlayıram".

Məqalə müəllifi ilə əlaqə ünvanı news@trend.az
Bizi Twitter-dən izləyin @trend_az

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

  • Məqalədə:
  • Giorgi Marqvelaşvili
Azernews Newspaper
Digər xəbərlər
Marqvelaşvili: Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə siyasi, iqtisadi və mədəni sahələrdə uğurlu inkişafa nail olub
Siyasət 29 Dekabr 2017 16:35
İlham Əliyev Gürcüstan Prezidentinə başsağlığı verib
Siyasət 27 Noyabr 2017 13:00
Marqvelaşvili: Gürcüstan etibarlı müttəfiqi Azərbaycanla dostluğu və səmərəli əməkdaşlığı yüksək qiymətləndirir
Siyasət 22 Noyabr 2017 12:21
İlham Əliyev Giorgi Marqvelaşvili ilə görüşüb
Siyasət 16 Mart 2017 16:13
Gürcüstan Prezidenti Azərbaycana gələcək
Siyasət 23 Fevral 2017 10:25
Gürcüstan prezidenti Kvirikaşvilini ölkənin baş naziri təyin edib
Dünya xəbərləri 27 Noyabr 2016 11:56
İlham Əliyev Giorgi Marqvelaşvilini təbrik edib
Siyasət 25 May 2016 18:40
Giorgi Marqvelaşvili: Gürcüstan-Azərbaycan münasibətləri daha da dərinləşəcək
Siyasət 24 May 2016 18:16
Azərbaycan və Gürcüstan prezidentlərinin görüşü olub (FOTO)
Siyasət 10 Mart 2016 15:45
Giorgi Marqvelaşvili İlham Əliyevi təbrik edib
Siyasət 24 Dekabr 2015 15:59
Gürcüstan və Türkiyə başçıları BTQ layihəsinin sürətləndirilməsini müzakirə ediblər
Biznes və iqtisadiyyat xəbərləri 12 Dekabr 2015 22:51
Tbilisidə İlham Əliyevin şərəfinə rəsmi nahar verilib (FOTO)
Siyasət 5 Noyabr 2015 20:29
Azərbaycan və Gürcüstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər (FOTO)
Siyasət 5 Noyabr 2015 20:27
Azərbaycan və Gürcüstan prezidentləri Birgə Bəyannamə imzalayıblar (FOTO)
Siyasət 5 Noyabr 2015 20:25
Prezident İlham Əliyev: Azərbaycan üçün Gürcüstan çox yaxın ölkədir, strateji tərəfdaşdır
Siyasət 5 Noyabr 2015 20:08
Azərbaycan və Gürcüstan prezidentlərinin təkbətək görüşü olub (FOTO)
Siyasət 5 Noyabr 2015 19:43
Prezident İlham Əliyevin Tbilisidə rəsmi qarşılanma mərasimi olub (FOTO)
Siyasət 5 Noyabr 2015 17:47
Gürcüstan Prezidenti beynəlxalq "Caspian Energy Forum 2014"-də iştirak edəcək
Cəmiyyət 7 Avqust 2014 12:07
Ən çox oxunanlar
Respublika Narkoloji Mərkəzin direktoru vəzifəsindən azad edilib
Respublika Narkoloji Mərkəzin direktoru vəzifəsindən azad edilib
Ərazi bütövlüyü uğrunda həlak olmuş və itkin düşmüş hərbçilərin ailələrinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı fərman imzalanıb
Azərbaycanda din xadimlərinə maddi dəstək veriləcək - Siyahı dəqiqləşdirilir
4 marşrut xəttinin hərəkət CƏDVƏLİNDƏ dəyişiklik edildi
Nəzər nöqtəsi
Prezident İlham Əliyevin strateji konsepsiyasında xalqın intellektual potensialının reallaşdırılması və innovasiyalı modernləşmə xüsusi yer tutur

Prezident İlham Əliyevin strateji konsepsiyasında xalqın intellektual potensialının reallaşdırılması və innovasiyalı modernləşmə xüsusi yer tutur

Sarkisyanın 10 illik diktaturası ərzində Ermənistan olduqca çətin vəziyyətə düşüb
Deputat: Ermənistan hakimiyyəti işğalçılıq siyasəti ilə ölkəni dalana dirəyib
Elman Nəsirov: Ermənistanda siyasi böhran pik nöqtəsinə gəlib çatıb
Trend.Az
  • Agentlik haqqında
  • Rəhbərlik
  • Bizim Məhsullar
  • Info Service
  • Arxiv
Əlaqələr
AZ1141, Azərbaycan, Bakı şəhəri, Bəxtiyar Vahabzadə küçəsi 14
+(994 12) 497-31-72
news@trend.az
+(994 12) 497-30-89
© 2018 Trend News Agency
İstifadə şərtləri
  • counter