...

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva ISESCO Baş Konfransının XII sessiyasının açılışında iştirak edirlər (ƏLAVƏ OLUNUB) (FOTO)

Siyasət Materials 26 Noyabr 2015 10:22 (UTC +04:00)
Noyabrın 26-da Bakıda İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) Baş Konfransının XII sessiyası işə başlayıb.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva ISESCO Baş Konfransının XII sessiyasının açılışında iştirak edirlər (ƏLAVƏ OLUNUB)  (FOTO)

Bakı. Trend:

Noyabrın 26-da Bakıda İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) Baş Konfransının XII sessiyası işə başlayıb.

Trend-in məlumatına gprə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı, ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva sessiyada iştirak edirlər.

Tədbir "Qurani-Kərim"dən ayənin oxunması ilə başlayıb.

Dövlətimizin başçısı sessiyanın açılışında çıxış edib.

Prezident İlham Əliyev onun Sərəncamı ilə ISESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycrinin "Dostluq" ordeni ilə təltif olunduğunu bildirib və yüksək dövlət mükafatını ona təqdim edib.

ISESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycri çıxış edərək Azərbaycanın yüksək dövlət ordeninə layiq görüldüyünə görə dövlətimizin başçısına minnətdarlığını bildirib.

Sonra Nigeriya nümayəndəsinə ISESCO-nun 2015-ci il üzrə "Savadlılıq" mükafatı təqdim edilib.

Daha sonra birgə foto çəkdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti