...

Elmar Məmmədyarov gürcü həmkarı ilə görüşüb (FOTO)

Siyasət Materials 26 Noyabr 2015 16:03 (UTC +04:00)
Xarici işlər naziri Elmar Məmmədyarov noyabrın 26-da Tbilisidə keçirilən Şərq Tərəfdaşlığı ölkələrinin VI qeyri-rəsmi nazirlər toplantısı çərçivəsində Gürcüstan Baş nazirinin müavini və xarici işlər naziri Giorgi Kvirikaşvili ilə görüşüb.
Elmar Məmmədyarov gürcü həmkarı ilə görüşüb (FOTO)

Bakı. Trend:

Xarici işlər naziri Elmar Məmmədyarov noyabrın 26-da Tbilisidə keçirilən Şərq Tərəfdaşlığı ölkələrinin VI qeyri-rəsmi nazirlər toplantısı çərçivəsində Gürcüstan Baş nazirinin müavini və xarici işlər naziri Giorgi Kvirikaşvili ilə görüşüb.

XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycan və Gürcüstan münasibətlərinin inkişaf perspektivləri, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, regionda və dünyada baş verən proseslər barədə fikir mübadiləsi aparılıb.

Nazirlər iki ölkə arasında əlaqələrin strateji tərəfdaşlıq səviyyəsində inkişaf etdiyini vurğulayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti