...

Konqresmen Kristofer Smitin ermənipərəst olduğuna daha bir sübut (FOTO) (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 18 Dekabr 2015 18:56 (UTC +04:00)
ABŞ erməni milli komitəsinin (ANKA) radikal rəhbərlərindən biri olan Aram Hamparyan öz tvit səhifəsində şəkil və yazı paylaşıb.
Konqresmen Kristofer Smitin ermənipərəst olduğuna daha bir sübut (FOTO) (ƏLAVƏ OLUNUB)

İlk xəbər saat 11:21-də yayılıb

Bakı. Trend:

ABŞ konqresmeni Kristofer Smit qondarma "erməni soyqırımı"nın "100 illiyi" ilə bağlı tədbirlərdə iştirak edib.

Trend-in məlumatına görə, K.Smitin həmin tədbirlərdə iştirakını əks etdirən fotolar bir daha sübut edir ki, onun erməni lobbisi ilə əlaqəsi var.

Fotolar K.Smitin öz saytından götürülüb.

X X X

ABŞ erməni milli komitəsinin (ANKA) radikal rəhbərlərindən biri olan Aram Hamparyan "Twitter" səhifəsində şəkil və yazı paylaşıb.

Trend-in məlumatına görə, şəkildə konqresmen Kristofer Smitin ANKA sədri ilə görüşü əks olunub. Tvitin alt yazısında isə A.Hamparyan qeyd edir ki, onun işini dəstəkləmək üçün ANKA konqresmen E.Smit ilə görüşür.

Bu yerdə deyiblər: "Dostunu göstər, deyim sən kimsən". Bu, bir daha K.Smitin ANKA və ABŞ erməni lobbisi ilə yaxınlığını göstərir.

Qeyd edək ki, Birləşmiş Ştatlarının Helsinki Komissiyasının sədri konqresmen K.Smit tərəfindən ABŞ Konqresinə Azərbaycanda yüksək vəzifəli məmurlara sanksiyaların tətbiq olunması ilə bağlı "Azərbaycan Demokratiya aktı" adlı layihə təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti