...

AMİP-in yeni sədri mart ayında seçilə bilər

Siyasət Materials 6 Yanvar 2016 11:47 (UTC +04:00)
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) növbəti qurultayının bu ilin mart ayında keçirilməsi planlaşdırılır. Bu barədə Trend-ə AMİP Siyasi Şurasının üzvü Əli Orucov deyib.
AMİP-in yeni sədri mart ayında seçilə bilər

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) növbəti qurultayının bu ilin mart ayında keçirilməsi planlaşdırılır. Bu barədə Trend-ə AMİP Siyasi Şurasının üzvü Əli Orucov deyib.

Qurultayın mart ayında keçirilməsinin partiyanın rəsmi qərarı ilə təsdiqlənmədiyini deyən Ə.Orucov qurultayın keçirilmə vaxtının bir qədər uzana biləcəyini də istisna etməyib.

AMİP sədrliyinə kimlərin namizəd olacağı məsələsinə gəlincə isə Ə.Orucov bildirib ki, qurultayın vaxtı rəsmi təsdiq edildikdən sonra namizədlər öz iddialarını ortaya qoyacaqlar.

Ə.Orucov partiya sədrliyinə namizədliyini irəli sürəcəyini istisna etməyib: "Partiya sədri olmaq o qədər də asan deyil. Sədr olmaq məsuliyyət tələb edir, eyni zamanda, müəyyən kriteriyalara cavab vermək lazımdır. Partiyada belə potensial şəxslər var. İndidən nəyisə demək tez olardı".

Qeyd edək ki, AMİP-in sədri Yusif Bağırzadə ötən ilin oktyabr ayında vəzifəsindən istefa verib. O, istefasını səhhətində yaranan problemlərlə əlaqələndirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti