Bakı. Trend:
Azərbaycan Prezidenti İlham Əliyev Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisiyə başsağlığı verib.
Başsağlığında deyilir: "Birləşmiş Millətlər Təşkilatının VI Baş katibi, görkəmli siyasi xadim Butros Butros-Qalinin vəfatı xəbərini kədər hissi ilə qarşıladım.
Bu ağır itki ilə əlaqədar Sizə, mərhumun ailəsinə və bütün Misir xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm".