...

Azərbaycan və Türkiyə pilotları ətrafı tanıma uçuşları keçiriblər (FOTO/VİDEO)

Siyasət Materials 12 Mart 2016 16:58 (UTC +04:00)
"TURAZ Şahini - 2016" birgə taktiki-uçuş təlimləri davam edir.
Azərbaycan və Türkiyə pilotları ətrafı tanıma uçuşları keçiriblər (FOTO/VİDEO)

Bakı. Trend:

"TURAZ Şahini - 2016" birgə taktiki-uçuş təlimləri davam edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, təlimlərin ssenarisinə əsasən Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin pilotları ətrafı tanıma uçuşlarını icra ediblər.

Uçuşlardan əvvəl təyyarəçilər üçün brifinq təşkil olunub, hava şəraiti və digər texniki məsələlər müzakirə edilib.

Sonra türkiyəli pilotlar Miq-29 qırıcı və Su-25 hücum, azərbaycanlı hərbi təyyarəçilər isə F-16 qırıcı təyyarələrində uçuşlar keçiriblər.

Təlimlər davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti