Prezident İlham Əliyev: Heç vaxt imkan verməmişik və verməyəcəyik ki, kimsə bizim daxili işimizə qarışsın

Prezident İlham Əliyev: Heç vaxt imkan verməmişik və verməyəcəyik ki, kimsə bizim daxili işimizə qarışsın

Bakı. Trend:

Martın 19-da Bakıda Azərbaycan xalqının milli bayramı - Novruz münasibətilə ümumxalq şənliyi keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva hər il olduğu kimi, bu il də Novruz şənliyində iştirak ediblər.

Dövlətimizin başçısı bayram şənliyində nitq söylədi.

Prezident İlham Əliyevin nitqi:

-Əziz dostlar, mən sizi və bütün Azərbaycan xalqını qarşıdan gələn Novruz bayramı münasibətilə ürəkdən təbrik edirəm. Bütün Azərbaycan xalqına xoşbəxtlik, yeni uğurlar arzulayıram.

Azərbaycan xalqı öz milli mənəvi dəyərlərinə həmişə sadiq olmuşdur. Bu gün Azərbaycan dövləti milli dəyərlərimizin qorunması üçün ardıcıl siyasət aparır.

Novruz bayramı bizim milli sərvətimizdir. Müstəqil Azərbaycan dövləti də milli mənəvi dəyərlər üzərində qurulmuşdur. Bu il biz müstəqilliyimizin bərpasının 25-ci ildönümünü qeyd edəcəyik. Bu illər ərzində Azərbaycan sürətlə inkişaf edib.

Müstəqilliyimizin ilk illərində ölkəmizdə gedən proseslər bütün Azərbaycan xalqını çox narahat edirdi. Vətəndaş müharibəsi, iqtisadi və siyasi böhran, torpaqlarımızın işğal altına düşməsi nəticəsində Azərbaycanın gələcəyi sual altında idi. Xalqın tələbi ilə ulu öndər Heydər Əliyev hakimiyyətə gələndən sonra vəziyyət dəyişdi, sabitlik, asayiş bərpa edildi və Azərbaycan inkişaf yoluna qədəm qoydu. O vaxtdan bu günə qədər biz bu inkişaf yolundan dönməmişik.

Son illər sürətli inkişaf dövrüdür. Azərbaycan bütün sahələrdə böyük uğurlara imza atıb və bu gün, sözün əsl mənasında, müstəqil siyasət aparan ölkədir.

Azərbaycanda təhlükəsizlik yüksək səviyyədə təmin edilir. Bu gün Azərbaycan xalqı yaxşı görür ki, müxtəlif regionlarda, bölgələrdə vəziyyət gərginləşir, yeni münaqişə, müharibə ocaqları yaranır. Keçən il burada, Novruz şənliyində çıxış edərkən, əlbəttə, biz təsəvvür edə bilmirdik ki, bir il ərzində bu qədər dəyişikliklər olacaq. Bu dəyişikliklər müsbətə doğru dəyişikliklər deyil, yeni münaqişə, qarşıdurma ocaqları, yeni müharibələr, miqrant böhranı. Azərbaycan isə sabitlik, təhlükəsizlik məkanıdır. Biz çalışırıq və çalışacağıq ki, ölkəmizi bütün mümkün risklərdən qoruyaq, xalqımızın rahat yaşamasını, təhlükəsiz həyatını təmin edək və ölkəmizi inkişaf yolu ilə irəliyə aparaq.

Bugünkü dünyada bir çox ölkələr üçün təhlükəsizlik məsələləri ön plana çıxır. Azərbaycan bu sahədə nümunəvi ölkədir. Azərbaycan xalqı rahat, təhlükəsizlik, əmin-amanlıq şəraitində yaşayır. Azərbaycanda kriminogen durum çox yaxşıdır. Bu göstəriciyə görə biz dünya miqyasında liderlər sırasındayıq. Bir sözlə, hər bir ölkənin inkişafı üçün ictimai-siyasi sabitlik, iqtisadi inkişaf, təhlükəsizlik əsas şərtlərdir. Biz qürur hissi ilə deyə bilərik ki, müstəqillik illərində, xüsusilə son illər ərzində Azərbaycanda təhlükəsizlik tədbirləri ən yüksək səviyyədə təmin edilir. Biz heç bir ölkənin daxili işinə qarışmırıq, heç bir avantüraya qoşulmuruq, öz işimizlə məşğuluq, öz ölkəmizi inkişaf etdiririk, xalqımızın rifahını təmin edirik. Əlbəttə, heç vaxt imkan verməmişik və verməyəcəyik ki, kimsə bizim daxili işimizə qarışsın. Çünki Azərbaycan xalqı öz taleyinin sahibidir. Biz ölkəmizin inkişafı, çiçəklənməsi üçün əlimizdən gələni edirik. Bütün Azərbaycan cəmiyyəti vahid ideya, amal uğrunda birləşibdir - ölkəmizi gücləndirək, iqtisadiyyatı inkişaf etdirək, xalqımızın rifah halını daha da yüksəklərə qaldıraq.

Azərbaycan dünya miqyasında böyük hörmətə malik olan bir ölkədir. Bu ilin ilk ayları bunu bir daha göstərir. Bütün beynəlxalq məsələlərlə bağlı bizim prinsipial mövqeyimiz var və bu mövqeyə heç bir kənar qüvvə təsir edə bilməz. Biz ədalətin, beynəlxalq hüququn, əməkdaşlığın tərəfdarıyıq. Biz heç vaxt imkan verməmişik, vermirik və verməyəcəyik ki, Azərbaycan başqa dövlətlərin maraqlarını təmin etmək üçün qarşıdurma məkanına çevrilsin. Əksinə, Azərbaycan əməkdaşlıq məkanıdır. Biz bölgədə sabitləşdirici, barışdırıcı rol oynayırıq. Bizə olan hörmət getdikcə artır. Çünki bizim sözümüzlə əməlimiz birdir. Biz prinsipial mövqe nümayiş etdiririk. Bəzi ölkələrin bu mövqedən xoşu gəlməyə bilər, ancaq bu, bizim problemimiz deyil. Belə olan halda, əlbəttə ki, təzyiqlər də olacaq, bizi müxtəlif səmtlərə çəkmək üçün səylər göstəriləcək. Amma, eyni zamanda, bizə olan hörmət daha da artacaq. Biz öz siyasətimizlə dünya miqyasında böyük hörmət qazanmışıq və bu hörmət getdikcə artır.

Son iki ay ərzində - yanvarın sonlarından bu günə qədər səkkiz dövlət və hökumət başçısı Azərbaycana səfər etmişdir. Mən son iki ay ərzində bir çox beynəlxalq tədbirlərdə iştirak etmişəm, həmçinin Davos Dünya İqtisadi Forumunda. Bu Forum dünya miqyasında bir nömrəli iqtisadi və siyasi Forumdur. Azərbaycan bu Forumda fəal iştirak edir, öz sözünü deyir. Azərbaycana olan maraq getdikcə artır. Münxen Təhlükəsizlik Konfransı, hesab edirəm ki, dünya miqyasında əhəmiyyət baxımından Davosdan sonra ikinci beynəlxalq tədbirdir. Orada da Azərbaycan hər il iştirak edir, öz sözünü deyir. Xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın işğalçı siyasəti ilə bağlı öz sözünü deyir və bütün arqumentlərlə erməni təbliğatını darmadağın edir.

Bu il mən London konfransında iştirak etmişəm. Bu konfrans da çox önəmli idi. O konfransda iştirak Azərbaycanın önəmini, dünyada oynadığı rolu və əlbəttə ki, bizə olan rəğbəti göstərir.

Mənim Birləşmiş Ərəb Əmirliklərinə, İran İslam Respublikasına, Türkiyəyə rəsmi və işgüzar səfərlərim olub. Yəni, yanvar ayının sonundan bu günə qədər Azərbaycan çox fəal xarici siyasət aparmışdır. Sadaladıqlarım ancaq mənim iştirak etdiyim tədbirlərdir. Bundan başqa digər böyük tədbirlər də keçirilmişdir. Bakıda IV Qlobal Forum keçirilmişdir. Bu Forumda 50-dən çox fəaliyyətdə olan və keçmiş dövlət, hökumət başçısı iştirak etmişdir. Bütün bu amillər onu göstərir ki, Azərbaycan dünya miqyasında çox böyük rol oynayır və bu rol xüsusilə indiki zəmanədə daha da artır. Dünya ictimaiyyəti görür ki, bizim bölgədə sabit olan, prinsipial siyasət aparan ölkələrin sayı o qədər də çox deyil.

Beynəlxalq əlaqələr daha da genişlənəcək. İl ərzində bir çox başqa tədbirlər də gözlənilir, xüsusilə gələn ay Bakıda BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu keçiriləcəkdir. Bu Forumun Bakıda keçirilməsi Azərbaycana olan hörmətin təzahürüdür.

Beynəlxalq məsələlərə gəldikdə, bizim üçün əsas məsələ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllidir. Əfsuslar olsun ki, bu istiqamətdə heç bir irəliləyiş yoxdur. Bunun başlıca səbəbi Ermənistanın qeyri-konstruktiv mövqeyi, bu məsələ ilə bilavasitə məşğul olanların biganəliyi və bəzi hallarda təxribatıdır. Mən bunu açıq deməliyəm. Azərbaycan xalqı bunu bilir, bilməlidir. Onsuz da Minsk qrupunun həmsədrlərinin fəaliyyətinə Azərbaycan xalqının o qədər də böyük inamı olmamışdır. Amma yanvar ayında onların törətdikləri əməllər bu inamı tamamilə dağıtmışdır. Bildiyiniz kimi, Avropa Şurası Parlament Assambleyasında iki qətnamə irəli sürülmüşdür. Bu qətnamələr çox dərin təhlil üzərində tərtib edilmişdir. Böyük iş görülmüşdür və bir qətnamə səs çoxluğu ilə qəbul edildi. Orada erməni işğalı pislənildi, erməni millətçilərinin Azərbaycan xalqına qarşı törətdikləri vəhşiliklərlə bağlı Avropa deputatları öz səslərini ucaltdılar. Əfsuslar olsun ki, digər qətnamə qəbul edilmədi. Lehimizə cəmi dörd səs çatmamışdır. Bizim bütün təhlillərimiz göstərirdi ki, hər iki qətnamə rahatlıqla keçəcək. Çünki bizdə bununla bağlı kifayət qədər məlumatlar var idi. Avropa Şurası Parlament Assambleyasının deputatları, bir çox ölkələrin Xarici İşlər nazirlikləri bu əminliyi bizdə yaratmışdılar. Ancaq Minsk qrupunun həmsədrlərinin Avropa Şurasının işinə kobudcasına müdaxiləsi bu xoşagəlməz vəziyyətə gətirib çıxarıb. Onlar Avropa Şurasına səfər etmişlər. Orada Avropa Şurasının rəhbərliyinə bu qətnamənin qəbul olunmaması üçün təzyiq göstərmişlər ki, guya bu qətnamə münaqişənin həllinə problem yaradır. Biz bunu təxribat kimi qəbul edirik. Onu da qeyd etməliyəm ki, nəinki Strasburqda, eyni zamanda, bir çox Avropa ölkələrinin Xarici İşlər nazirliklərinə də onlar oxşar siqnalları, mesajları vermişlər ki, bu qətnamə qəbul edilməsin. Bunun nəticəsində, bir daha demək istəyirəm ki, bizə cəmi dörd səs çatmadı. Əlbəttə, bu qətnamə qəbul olunsaydı daha yaxşı olardı. Nəzərə alsaq ki, birinci qətnamə qəbul edilmişdir və orada bizə lazım olan bütün müddəalar öz əksini tapmışdır, ikinci qətnamənin qəbul edilməməsi böyük faciə deyil. Mən bunu sadəcə ona görə deyirəm ki, Azərbaycan xalqı bir daha bilsin, münaqişənin həll olunmaması təkcə Ermənistanın mövqeyi ilə bağlı deyil. Bu məsələ ilə bilavasitə məşğul olmağa mandat alan Minsk qrupunun həmsədrləri pozucu fəaliyyətləri ilə münaqişənin dondurulmasına xidmət edirlər. Onlar öz səlahiyyətlərini aşaraq beynəlxalq təşkilatların işinə müdaxilə edirlər. Ermənistana təzyiq etmək əvəzinə ermənilərə himayədarlıq edirlər, onları qoruyurlar. Münaqişənin həlli əvəzinə qəribə təkliflər verirlər ki, təmas xəttində təhlükəsizlik tədbirləri möhkəmləndirilsin. Yəni, bu, nə deməkdir? O deməkdir ki, işğalçı dövlət özünü daha rahat hiss etsin və işğalı, status-kvonu daha da möhkəmləndirsin. Biz burada, əlbəttə, həm Azərbaycana qeyri-dost, qeyri-səmimi münasibət, eyni zamanda, riyakarlıq görürük və bunu açıq deyirik, onların üzünə deyirik. Mən burada artıq ictimaiyyətə də bunu deyirəm, bir tərəfdən onların dövlət başçıları dəfələrlə bəyan etmişlər ki, status-kvo qəbuledilməzdir, dəyişdirilməlidir. Digər tərəfdən, Minsk qrupunun həmsədrlərinin pozucu fəaliyyəti status-kvonun möhkəmlənməsinə xidmət edir. Bax, budur münaqişənin uzadılmasının əsas səbəbi və hesab edirəm ki, bu siyasətin arxasında hansı amillərin dayandığını Azərbaycan xalqı çoxdan bilir. Bu, ədalətsizlikdir. Bu, ikili standartlar siyasətidir. Biz bu siyasəti rədd edirik və bundan sonra bütün kürsülərdə öz sözümüzü deyəcəyik. Ancaq istəyirəm Azərbaycan ictimaiyyəti onu da bilsin ki, bu, reallıqdır, real siyasətdir. Bunu etiraf etmək nə qədər acı olsa da bu, real siyasətdir və biz bu siyasəti qəbul etmirik. Azərbaycan dövlətinin siyasəti beynəlxalq hüquqa, ədalətə, əməkdaşlığa əsaslanır. Ancaq bizə qarşı belə təxribatçı addımların atılması, əlbəttə ki, cavabsız qalmır və qalmayacaqdır.

Münaqişənin həlli üçün ilk növbədə ölkəmiz, ordumuz daha da güclü olmalıdır. Bu istiqamətdə böyük işlər görülür. Bu gün biz təmas xəttində tam üstünlüyü əldə etmişik. Düşmənə sarsıdıcı zərbələr vurulur, qarşı tərəf panikaya qapılır və anlayır ki, xaricdən siyasi, iqtisadi və hərbi dəstək olmasa işğal edilmiş torpaqları bir həftə belə işğal altında saxlaya bilməyəcək. Biz isə güclənirik, güclənməliyik. Bu məsələni Azərbaycan xalqı həll edəcək. Mən buna əminəm.

2016-cı ildə siyasi və iqtisadi islahatlar daha da dərinləşir. Azərbaycan demokratiya yolu ilə gedir. Azərbaycanda bütün azadlıqlar təmin edilir, insan haqları yüksək səviyyədə qorunur. Səmimi deyə bilərəm ki, Azərbaycan demokratik inkişafa görə bu gün bir çox ölkələr üçün nümunə ola bilər.

İqtisadi sahədə aparılan dərin islahatlar əminəm ki, neft amilindən asılılığımızı tamamilə aradan götürəcək. Bu, bizim məqsədimizdir. Biz bu məqsədə doğru gedirik. Keçən ilin sonlarından başlayaraq bu il də davam edən islahatlar siyasəti artıq gözəl nəticələr verir. Qanunvericilikdə dəyişikliklər edilmişdir. Mənim tərəfimdən müvafiq sərəncamlar imzalanmışdır. Azərbaycanın uzunmüddətli, dayanıqlı iqtisadi inkişafının təmin edilməsi üçün konkret addımlar atılır. Əminəm, ilin sonuna qədər davam edən əsas islahatlar, yəni, qəbul ediləcək qərarlar ondan sonra elə şərait yaradacaq ki, Azərbaycan iqtisadiyyatı neft amilindən asılılığını azaldacaq və dediyim kimi, tam aradan götürəcəkdir. Dayanıqlı inkişaf bizim hədəfimizdir. Onu da qeyd etmək istəyirəm ki, biz ancaq öz resurslarımıza əsaslanırıq. Düzdür, bəzi kütləvi informasiya vasitələrində yazılıb ki, Azərbaycan xarici dəstək, xarici maliyyə yardımı istəyib. Bu, tamamilə yalan və mötəbər mətbu orqanlara yaraşmayan təxribatdır. Biz öz hesabımıza yaşamışıq, yaşayacağıq. İndi bizim nə qədər imkanımız varsa, iqtisadi inkişafı o qədər də təmin edəcəyik. Ancaq qeyd etməliyəm ki, mötəbər beynəlxalq qurumlar, xüsusilə Beynəlxalq Valyuta Fondu bizim siyasətimizi, iqtisadi islahatlarımızı dəstəkləyir və bu siyasətimizə çox yüksək qiymət verir. Onu da qeyd etməliyəm ki, neftin qiymətinin kəskin şəkildə aşağı düşməsinə baxmayaraq, Davos Dünya İqtisadi Forumu Azərbaycan iqtisadiyyatını rəqabət qabiliyyətliliyinə görə dünya miqyasında 40-cı yerə layiq görübdür. Bu da çox böyük göstəricidir. İslahatlar dərinləşəcək, bütün sahələrdə şəffaflıq tam təmin ediləcək. Biz gələcək iqtisadi fəaliyyətimizi, siyasətimizi yeni iqtisadi model üzərində aparacağıq və əminəm ki, yaxın zamanlarda daha da böyük nəticələrə nail olacağıq.

Onu da qeyd etmək istəyirəm ki, dövlət tərəfindən qəbul edilmiş təcili tədbirlər nəticəsində təkcə ilin birinci rübündə, - hələ ki rüb başa çatmayıb, - dövlət sektorunda 30 minə yaxın yeni iş yeri açılmışdır. Bu, mənim göstərişimlə həyata keçirilən tədbirlərdir. Əlbəttə, biz yaxşı başa düşürük, hər bir ölkə çalışmalıdır ki, özəl sektorda iş yerləri açılsın. Bu istiqamətdə də işlər gedir. Biznes qurumlarına müvafiq tövsiyələr verildi. Onlara maliyyə dəstəyi də veriləcək. Xüsusilə bu il icrası nəzərdə tutulan layihələrin həcmi təxminən 1,5-2 milyard manat ətrafındadır. Yəni, bu, on minlərlə yeni iş yerinin yaradılmasına gətirib çıxaracaq. Ancaq təcili tədbirlərin görülməsi də labüd idi. Yenə də deyirəm, dövlət sektorunda, dövlət şirkətləri və dövlət qurumları tərəfindən 30 minə yaxın iş yeri açılmışdır. Bax, budur bizim sosial siyasətimiz. Çünki bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Baxmayaraq ki, gəlirlərimiz azalıb, neftin qiyməti kəskin şəkildə aşağı düşüb, biz maaşların, pensiyaların artırılması ilə bağlı qərar qəbul etmişik, 10 faiz artıbdır. Hələlik bizim buna imkanımız çatır. Ancaq onu da qeyd etmək istəyirəm ki, əgər ətrafa baxsaq görərik ki, bu da nadir bir haldır, çünki xüsusilə dünya böhranı zamanı maaşlar artırılmır, kəsilir, verilmir. Biz isə sosial siyasətimizi bir daha göstəririk. Göstəririk ki, Azərbaycan inamla inkişaf edəcək. Bu əminlik var. Heç bir böhran, neftin qiymətinin ucuzlaşması bizim siyasətimizə təsir etməyəcək. Bizim kifayət qədər resurslarımız, valyuta ehtiyatlarımız var, iqtisadi göstəricilərimiz çox müsbətdir. Əlbəttə ki, aparılan islahatlar bizi daha da gücləndirəcəkdir.

Biz yeni sahələri işə salırıq ki, o sahələr ölkəmizə böyük siyasi və iqtisadi mənfəət gətirəcək. Nəqliyyat sektorunu xüsusilə qeyd etmək istərdim. Biz indi Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin yaradılması üzərində işləyirik, ilkin nəticələr var. Apardığımız siyasət, irəli sürdüyümüz təşəbbüslər nəticə verir. Biz Şərq-Qərb nəqliyyat dəhlizinin cəlbediciliyini artırmaq üçün qonşu ölkələr olan Gürcüstan və Türkiyə ilə vahid tarif siyasəti aparmaq barədə təşəbbüs irəli sürmüşük. Bu təşəbbüs müsbət qarşılanıb. Artıq işlər görülür. Keçən ilin sonlarında mənim Gürcüstana, Çinə və bu yaxınlarda Türkiyəyə səfərlərim çərçivəsində həmin məsələlər müzakirə edilmişdir. Biz yeni dəhliz yaradırıq. Asiyadan Avropaya ən qısa yol Azərbaycan ərazisindən keçəcək. Buna nail olmaq üçün biz lazımi infrastrukturu yaratmışıq və yaradırıq, eyni zamanda, qonşu ölkələrlə vahid tarif siyasəti aparılmalıdır ki, burada xərclər daha da azalsın.

Şimal-Cənub nəqliyyat dəhlizinin bu yaxınlarda icrasının sürətlənməsi yenə də bizim təşəbbüsümüzlə bağlıdır. İndi həm İran, həm Rusiya ilə danışıqlar aparılır və yenə də Azərbaycan burada öz önəmli rolunu oynayır. Əminəm ki, bu dəhlizi də biz yaradacağıq. Beləliklə, bu dəhlizlər yaranandan sonra onilliklər ərzində Azərbaycan böyük siyasi və iqtisadi mənfəət götürəcək. Nəqliyyat sektorunun gəlirləri neftdən fərqli olaraq tükənən sərvət deyil.

Neft-qaz sektoru ilə bağlı bu ilin fevral ayında Bakıda "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının ikinci toplantısı keçirilmişdir. Çox böyük uğurla keçirilmişdir. Azərbaycan bir daha öz liderlik rolunu göstərmişdir. Məşvərət Şurası toplantısının yekunları ilə bağlı Birgə Bəyannamə imzalanmışdır. Bu Bəyannaməni 11 ölkə - Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya, İtaliya, Xorvatiya, Monteneqro, Amerika Birləşmiş Ştatları, Böyük Britaniya və Avropa Komissiyası imzalamışdır. Yəni, bu Bəyannaməni 12 tərəf imzalayıb. Bəyannamənin əsas mahiyyəti ondan ibarətdir ki, əlaqələndirmə işləri bundan sonra da davam etdiriləcək. Sənəddə Azərbaycanın bu işlərdə aparıcı, strateji, liderlik rolu qeyd edilib. Yəni, bu, artıq bütün beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilir və bilinir, tanınır ki, əgər biz təşəbbüs göstərməsəydik, əgər biz maliyyə vəsaiti ayırmasaydıq, "Cənub" qaz dəhlizi gözəl ideya kimi hələ qalacaqdı, bunu onilliklər bundan sonra da müzakirə edəcəkdik. Biz bu ideyanı reallığa çeviririk. "Cənub Qaz Dəhlizi" bizim üçün çox böyük əhəmiyyətə malik olan bir layihədir və imkan verəcək ki, zəngin qaz resurslarımızı ixrac edək. Əgər bu layihə icra edilməsəydi bu ehtiyatlar dənizin dibində qalacaqdı. Biz onları çıxarırıq, minlərlə, on minlərlə iş yeri yaradılmaqdadır. Azərbaycanın ixrac potensialı güclənəcək. Bizim önəmimiz daha da artacaq. Azərbaycan Avropa üçün əvəzolunmaz ölkəyə çevrilir. Bizim maraqlarımız təmin ediləcək, gücümüz daha da artacaq.

Bildiyiniz kimi, bu il Azərbaycanda "Multikulturalizm ili" elan edilib. Təkcə ona görə yox ki, bu il Azərbaycanda Sivilizasiyalar Alyansının VII Qlobal Forumu keçiriləcəkdir. Ona görə ki, indiki şəraitdə dünyada gedən toqquşmalar, o cümlədən milli, dini zəmində toqquşmalar bizi çox narahat edir. Biz yol göstəririk, nümunə göstəririk. Göstəririk ki, multikulturalizm yaşayır. Multikulturalizmin iflasa uğradığını deyənlər elə multikulturalizmin məhv edilməsinə çalışanlardır. Onlar bəlkə də başa düşmürlər ki, necə böyük səhv buraxırlar. Biz göstəririk ki, bu, mümkündür. Biz göstəririk ki, belə olmalıdır. Biz göstəririk ki, bütün millətlər, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar, yaşayacaqlar. Azərbaycan dövləti onları, onların maraqlarını, milli duyğularını, ləyaqətini qoruyur. Onlar bizim qardaşlarımızdır. Bizim gücümüz birliyimizdədir. Azərbaycan çoxmillətli, çoxkonfessiyalı ölkədir. Bu, bizim sərvətimizdir. Biz bunu qorumalıyıq, qoruyacağıq və bir daha demək istəyirəm ki, dünyaya yol göstəririk. Bir çox məsələlərlə bağlı yol göstəririk - inkişaf, müstəqillik, ləyaqət, prinsipial siyasət, xalqlararası, millətlərarası münasibətlər, din-dövlət münasibətləri, energetika siyasəti, nəqliyyat siyasəti. Budur bugünkü Azərbaycanın reallıqları.

Əminəm ki, biz 2016-cı ili də uğurla başa vuracağıq. Azərbaycanın uğurlu inkişafı təmin ediləcəkdir.

Bir daha sizi və bütün Azərbaycan xalqını gözəl bayram münasibətilə təbrik edirəm. Sağ olun.

Azərbaycanın bütün azad edilmiş ərazilərində yaxşı mobil siqnal mövcuddur
Azərbaycanın bütün azad edilmiş ərazilərində yaxşı mobil siqnal mövcuddur
Azərbaycan Ordusunun şanlı aprel zəfərindən 5 il ötür
Azərbaycan Ordusunun şanlı aprel zəfərindən 5 il ötür
Azərbaycan ərazi bütövlüyünü bərpa edə bilib - Tural Gəncəliyev
Azərbaycan ərazi bütövlüyünü bərpa edə bilib - Tural Gəncəliyev
Loading Bars
Xəbər lenti
Bakıda kimsəsiz uşaqlar tibbi müayinədən keçirilib (FOTO)
Azərbaycan XİN Fransa və Kanadaya cavab verib
Ağsuda həmkəndlisini güllələyən şəxsin işi məhkəməyə göndərilib
Şuşanın mədəniyyət paytaxtı elan edilməsi böyük əhəmiyyət daşıyır - Deputat
Azərbaycanda idmanın inkişafı istiqamətində aparılan uğurlu dövlət siyasəti öz səmərəli bəhrəsini verir - İsmayıl İsmayılov
Azərbaycan sülhməramlılarının Əfqanıstandan çıxarılması planlaşdırılır - Müdafiə Nazirliyi
Koronavirusa qarşı təkrar peyvəndin vurulması ilə bağlı alimdən AÇIQLAMA
Dünya Kubokunda bütün gimnastlara məşq üçün lazımi qədər vaxt verilib - Yunanıstan gimnastı
Buraxılış imtahanları ilə bağlı apelyasiya komissiyasına müraciət qaydaları açıqlanıb
İranda koronavirusdan ölənlərin sayı 74 mini keçib
Payızlıq əkinlər üçün gübrələrin səyyar satışından 8000-ə yaxın fermer yararlanıb (FOTO)
Qarabağda əkinə başlanılması kənd təsərrüfatı məhsullarının ucuzlaşmasına səbəb olacaq
Müəllimlərin işə qəbulu ilə bağlı apellyasiya müsahibələri keçirilir
Suraxanıda qəsəbədaxili küçələr təmir edilir (FOTO)
Sabah Bakıda 20, rayonlarda 27 dərəcəyədək isti olacaq
Bakıda yarışlarda iştirak etmək həyəcanlı və xoşdur - Polşa gimnastı
Şuşada DOST Mərkəzinin filialı açılacaq - RƏSMİ
Arif Quliyev "Qurd qapısı" qəbiristanlığında dəfn edilib (ƏLAVƏ OLUNUB-2)
Xəzər dənizində zəlzələ olub
Odlar Yurdu Universitetinə ağır itki üz verib
ETSN "Azərsu”nu dənizi çirkləndirdiyi üçün məhkəməyə verib
BTQ Gürcüstan və Azərbaycan iqtisadiyyatının inkişafına töhfə verir - Baş direktor (FOTO)
Azərbaycanda koronavirusdan sağalma və ölüm faizi açıqlanıb
“Kimya və Kimya mühəndisliyində dayanıqlı inkişaf” konfransının qalibləri mükafatlandırılıb (FOTO)
Pilot Rəşad Atakişiyevə şəhid statusu verilib
Universitetdə struktur dəyişikliyi edilib
Mənşəyi məlum olmayan 200 kq heyvan cəmdəyi aşkarlanıb (FOTO)
Kanada XİN Azərbaycanın 3 ermənini azad etməsini alqışlayır
“AccessBank”da yeni təyinat olub
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan Gimnastika Federasiyası növbəti dəfə bizi qüsursuz təşkilatçılığı ilə təəccübləndirə bildi - Misir gimnastı
Agentlik qazilərin protezlə təminatında problemin olması ilə bağlı məlumatlara münasibət bildirib
Azərbaycanda Hindistan ştammına rast gəlinməyib - TƏBİB
Heydər Əliyev Liderliyinin qalibiyyət və zəfər rəmzi!
Hökməli bələdiyyəsinin işçisi cəzalandırıldı (FOTO)
İtkin düşən kapitanın şəhid olduğu müəyyənləşdi
Qırğızıstanda damba uçuldu - Mindən çox sakin təxliyə olundu
“Petkim” istehsal gücünü 92%-ə çatdırıb
Ağdaşda sexdə fəhlənin qolu dəzgaha düşüb qopdu
Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edilib - SƏRƏNCAM
Fevralda yoluxma sayının azalması tibb işçilərinin əməkhaqqına təsir edib - Agentlik
Bayram namazı kütləvi şəkildə qılınmayacaq - Hacı Şahin Həsənli
Qoşqarçayda naməlum qadın meyiti tapılıb
Ötən gün ölkədə 19 yanğın olub, 3 nəfər xilas edilib
Ermənistanın mina xəritələrini verməməsi beynəlxalq hüquqda müharibə cinayəti kimi tanınmalıdır - Hüquq elmləri doktoru
Xalq artisti Arif Quliyevlə vida mərasimi keçirilir (FOTO/VİDEO)
Hadrut qəsəbəsi fasiləsiz içməli su ilə təmin olunub
Şuşaya yeni su kəmərinin tikintisinə başlanılıb
Küçədə daha 3 koronavirus xəstəsi aşkarlandı
Bakıda yeni avtobus dayanacaqları və nizamlanan piyada keçidi yaradılıb (FOTO)
Azərbaycanda qızıl və gümüş bahalaşıb
Gömrük Akademiyasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş tədbir keçirilib (FOTO)
13 min manatlıq kabel oğurlayan şəxslər saxlanıldı (FOTO)
Qadın sahibkarlar üçün biznes təlimləri keçirilib (VİDEO)
Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya Kubokunun birinci günü başlayıb (FOTO) (ƏLAVƏ OLUNUB)
Qarşıdakı aylarda toylarla bağlı müəyyən standartlar formalaşacaq - Rəşad Mahmudov
Daha 3 qazimiz əməliyyat olundu (FOTO)
AVRO-2020-nin kuboku Prezident İlham Əliyevə təqdim olunub (FOTO/VİDEO)
Bakıda kütləvi davada qətl törədən dəstənin istintaqı başa çatdı
Keçmiş nazir müavininin cinayət işi məhkəməyə göndərildi
Ucarda mikroavtobusla evakuator toqquşub
Bu ölkələrdə koronavirusa yoluxdurmağa görə külli miqdarda cərimə kəsiləcək
Azərbaycanın Ro-Pax tipli gəmi-bərəsi ilk səfərinə çıxıb (FOTO)
Bakıda binadan başına daş düşən yeniyetmənin ölümü ilə bağlı cinayət işi başlandı
Mayın 7-də xarici valyutaların manata qarşı məzənnələri
Qazaxıstanda koronavirusa daha 2 840 nəfər yoluxub
Dünya avtomobil şirkətləri bu ilin ilk yarısında istehsalı 2 milyon azaldacaq
Çexiya Aİ ölkələrindən aşılanan turistlər üçün sərhədləri açır
Fələstin-İsrail münaqişəsində vəziyyət nəzarətdən çıxa bilər - BMT-nin xüsusi koordinatoru
Rio-de-Janeyroda "Braziliya" ştammının yeni mutasiyası aşkarlanıb
ABŞ hərbi komandanlığı qüvvələrinin Əfqanıstandan sentyabra qədər çıxarılmasına əmindir
Braziliyanın paytaxtında silahlı toqquşma: ən azı 25 ölü
Qətərin korrupsiyada ittiham edilən maliyyə naziri işdən azad edilib
Kolumbiya mətbuatı Qarabağda Ermənistanın apardığı kütləvi minalama haqda yazıb
Türkiyədə son sutkada koronavirusdan 37 298 nəfər sağalıb
ABŞ-ın Çin raketini vurmaq planı olmayıb - Pentaqon
Xalq artisti Arif Quliyev vəfat edib
Dünyada ötən sutka koronavirusa 847 mindən çox yoluxma qeydə alınıb - ÜST
Ceyhun Bayramov “TRACECA”nın Baş katibi Aset Asavbayev ilə görüşüb (FOTO)
Latviya hökumətinin qondarma "erməni soyqırımı" barədə qərarını rədd edirik - Türkiyə MN
Sabiq Maldiv prezidenti partlayış nəticəsində yaralanıb
Mingəçevir Dövlət Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş konfransın bölmə iclası keçirilib (FOTO)
Rusiya ilə ABŞ arasındakı münasibətlərin formatı barədə Putin qərar verəcək - ABŞ Dövlət katibi
Türkiyənin İraqdakı baş kosulluğu 7 illik fasilədən sonra fəaliyyətini bərpa edib
MDU-da “Sığorta biliklərinin formalaşdırılması” mövzusunda dəyirmi masa keçirilib
İşğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işləri dövlətimizin başçısının daim diqqət mərkəzindədir - Samir Nuriyev (FOTO)
Qida əlavələrinin sənayedə istifadəsi
Azərbaycan İlahiyyat İnstitutu dekanının elmi məqaləsi impakt faktorlu jurnalda dərc olunub
Heydər Əliyevin siyasi fəaliyyəti hər zaman milli ideallara bağlı olub -Tamam Cəfərova
Energetika Nazirliyi və Masdar şirkəti hidrogen istehsalı üzrə birgə seminar keçirib (FOTO)
Mingəçevir Dövlət Universitetində tələbə və magistrantlara smart tələbə kartları təqdim olunub (FOTO)
Qlobal iqtisadi çağırışlar: Azərbaycanın işğaldan azad olunmuş ərazilərində sosial-iqtisadi inkişafın əsas istiqamətləri (FOTO)
ATƏT-in hazırkı sədri Azərbaycanın 3 ermənini azad etməsini alqışlayıb
UNEC-də ulu öndərin 98-ci ildönümünə həsr olunan konfrans keçirilib (FOTO)
DGK bayram günləri gündəlik iş rejimində fəaliyyət göstərəcək
Buraxılış imtahanlarının nəticələri AÇIQLANIB
Qətərin maliyyə naziri həbs olunub
Yeni Galaxy A seriyası ilə enerji topla və # tükənməzenerji rəqs çellencində iştirak et
Mayın 7-nə USD/AZN rəsmi məzənnəsi
Bakıda bu yol müvəqqəti bağlanır
Bütün xəbərlər